thumb
At əti — Atın qida kimi istifadə olunan əti.
İstehsalı
At əti qida məhsulu kimi istehsal edən ölkələrin çoxusunda, atları inəklərlə oxşar üslubda kəsirlər. Böyük sallaqxanalarda onları mənzil bolt tapança ilə gicəllətdirib, ölənə qədər qanı tökürlər. Yemək istehsalı az sənayeləşdirilmiş olan ölkələrdə, atları lazım olanda bir-bir, açıq havada, istehlak olduğları kəndlərdə və ya istehlak olduğları yerlərə yaxın kəsirlər.C.J. Chivers, A Sure Thing for Kazakhs: Horses Will Provide The New York Times
2009-cu ildə, Britaniyanın kənd təsərüfatı saytı dünya ölkələrin at əti istehsalı miqrdarından məlumat verib:
+2009-cu ilə dəkÖlkə İldə tonMeksika 78,000Argentina 57,000Qazaxıstan 55,000Monqolustan 38,000Qırğızıstan 25,000Avstraliya 24,000Braziliya 21,000Kanada 18,000Polşa 18,000İtaliya 16,000*Rumıniya 14,000Çili 10,000Fransa 7,500Uruqvay 8,000Seneqal 9,500Kolumbiya 6,000İspaniya 5,000* *Eşşəkləri daxil edərək
Ölkələrə görə
Qazaxıatan və Qırğızıstan
thumb|Qazı-karta
Qazaxıstan ilə Qırğızıstanda, əhalinin köçəri köklərinə görə, at əti qidalanmanın böyük hissəsidir. Atın fərqli hissələrdən qazı, jal və sucuk kimi malları hazırlayırlar.Horse meat dishes in Kazakhstan. Retrieved 13 January 2009. (archived from the original on 2008-06-10)
Yaponiya
Yapon mətbəxində bişməmiş at ətinə çəhrayı ətinə görə sakura (桜) və ya sakuraniku (桜肉, sakura albalı növüdür, niku isə ət deməkdir) deyirlər. Onu saşimi şəkildə, soy sousu ilə, bəzən sousa zəncəfil və soğan əlavə edərək.Metropolis, "Straight From the Horse's Mouth", #903, 15 July 2011, pp. 12-13.
Cənubi Koreya
Cənubi Koreyada at ətini adətən yemirlər. Fəqət əsasən boyun hissədən gələn at əti Cənubi Koreyanın Cecu adasında delikates sayılır. Adətən soy sousu və hind küncütü yağı ilə yeyilir.Exploring Jeju’s Savory Delicacies , koreana.or.kr
Meksika
2005-ci ildə Meksika dünyanın ikinci ən böyük at əti istehsalçısı idi. 2009-cu ildən bəri isə, o birinci yerə qalxıb. Meksikada istehsal olan at əti ancaq ixraca gedir və ölkənin daxilində istifadə olunmur."Mexico consolidates horse meat exportations" (in Spanish) México consolida venta de carne de caballo al exterior. El Informador. Retrieved April 22, 2014.
Malta
Maltada at ətini () dağlandırıb, yavaşca pomidor və ya qırmızı çaxır sousunda hazırlayırlar. Bir neçə at əti dükkanı hələ də mövcuddur və bəzi restoranların menyusunda o var.
İstinadlar
Kateqoriya:Atlar Kateqoriya:Ət