Asif Məmmədov — () — Azərbaycan futbolçusu, "Qəbələ" FK-nın hücumçusu və məşqçisi.

Futbol Karyerası Futbolçunun peşəkar karyerasında debütü 2004-cü ildə "Ədliyyə" klubu ilə baş tutur. 8 avqust 2004-cü ildə baş tutmuş Şəmkir — "Ədliyyə" oyununda meydana çıxmaqla Azərbaycan çempionatının yüksək Liqasında debüt edir. Azərbaycan çempionatının 2004/05 mövsümündə meydana çıxdığı 32 oyunda 9 qol vurur.

Araz İmişli 2006-cı ildə İmişlinin Araz klubuna keçir. O bu mövsümdə ilk dəfə Sumqayıt Standarda qarşı oynayıb. Həmin mövsüm o 4 oyun keçirib, amma qol vurmayıb.

Sumqayıt Standard Araz İmişlidən 50.000 manata transfer olan Məmmədov Sumqayıtda ilk qarşılaşmasını Bakı klubuna qarşı keçirib. O burada da 1 mövsüm olsa da məhsuldar olmayıb

Keşlə 2008-ci ildə Asif Keşlə ilə 3 illik müqavilə imzaladı. Keçirdiyi 2 mövsümdə 25 oyuna çıxıb, 1 qol və 5 assistlə yadda qalıb. Həmin mövsüm Topaz premyer liqasının çempionu olur.

Xəzər Lənkəran Keşlədən 300.000 manata Xəzər Lənkərana keçən yarımmüdafiəçi 1 mövsümlük müqavilə imzalayacaqdı. Ancaq o vaxt yeni gələn baş məşqçi Cüneyt Bəçir ilə münaqişə sonrası klubdan ayrıldı.

Keşləyə qayıdış Yenidən "Keşlə" ilə müqavilə imzaladı. 2013-cü ildən sonra komandanın kapitanı oldu. Ümumilikdə 115 oyuna çıxıb, 4 qol 10 assist edib.

Qəbələ 2016-cı ildə 250.000 manata Qəbələyə transfer olunub. 25 iyun 2024-cü ildə Məmmədov "Qəbələ" ilə yeni bir illik müqavilə imzaladı. 2024/25 mövsümündə Misli Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən "Qəbələ" – "Qarabağ" oyununun 86-cı dəqiqəsində Asif Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə almışdır. 14 may 2026-cı ildə buna görə AFFA İntizam Komitəsi onun 4 oyun oyuna buraxılmaması, "Qəbələ" komandasının 10000 manat cərimə edilməsinə qərar vermişdir. 10 may 2026-cı ildə Məmmədov Azərbaycan çempionatları tarixinə yüksək dəstədə 388-ci matçına çıxmışdır.

Məşqçi karyerası 3 iyul 2025-ci ildə "Qəbələ"nin futbolçusu ola-ola məşqçiliyə başlamışdır. O, baş məşqçi Kaxaber Sxadadzenin köməkçilərindən biri təyin edilmişdir.

Beynəlxalq 23 mart 2018-ci ildə Məmmədov Azərbaycan millisində Belarusa qarşı oyunda debüt etdi.

İstinadlar

Kateqoriya:Ağdamlı futbolçular Kateqoriya:Ağdamda doğulmuş idmançılar Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri