"Trotski" () — Aleksandr Kott və Konstantin Statskinin rejissorluğu ilə çəkilmiş 8 seriyalı Rusiya televiziya serialı. Serial Lev Trotskinin həyatını və onun XX əsrin siyasi hadisələrindəki rolunu əks etdirir. Premyerası 6 noyabr 2017-ci ildə Pervıy kanalda baş tutmuşdur. Serialın dünya premyerası Kannda keçirilən MIPCOM beynəlxalq televiziya sərgisində olub.

Məzmun 1940-cı ilin mayında Mexikonun ucqar ərazilərində polis geyimində olan kommunistlər rus inqilabının keçmiş lideri Lev Trotskinin evinə hücum edirlər. Onlar bir neçə saat ərzində evi atəşə tuturlar, lakin Trotski və xanımı müəmmalı şəraitdə sağ qalırlar. On bir illik sürgündə, demək olar ki, bütün yaxınlarını və doğmalarını itirmiş Trotski anlayır ki, əbədi düşməni İosif Stalin onu ömrünün sonuna qədər təqib edəcək. Onun əlindən qaçmaq mümkündür, lakin gizlənmək olmaz.

Beləliklə, Trotski döyüşə başlayır. Onun silahı güllə yox, sözlərdir. Trotski özündən sonra siyasi vəsiyyətnamə qalmasını istəyir. İlk dəfə tam səmimi olaraq, gənc yəhudi oğlanın necə yeni dünyanın peyğəmbərinə çevrilib nəhəng imperiyanı dağıtdığı haqqında danışır. Xatirələrin yazılması üçün o, özünün ideya əleyhdarı və Stalinə rəğbətilə seçilən Kanada jurnalistini öz yanına dəvət edir.

Film dünyanı həmişəlik dəyişən və bunun müqabilində hər şeyini qurban verən insanın hekayəsidir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri: Oleq Maloviçko, Ruslan Qaleyev, Pavel Teterski Quruluşçu rejissorlar: Aleksandr Kott, Konstantin Statski Quruluşçu operatorlar: Sergey Trofimov, Nikolay Boqaçyov, Uluqbəy Xamrayev Quruluşçu rəssam: Sergey Tırin Bəstəkar: RyanOtter Geyim rəssamı: Yekaterina Dıminskaya Qrim rəssamı: Marina Krasnovidova Kastinq rəhbəri: Alla Petelina Montaj rejissorları: Aleksandr İvanov, Aleksandr Əmirov Səs rejissorları: İqor İnşakov, Mixail Alekseyenkov İkinci rejissorlar: Mariya Korneva, Darya Plyaskovskaya Vizual effektlər: Yevgeni Barulin İcraçı prodüser: Aleksandra Remizova Aparıcı prodüser: İvan Samoxvalov Kreativ prodüserlər: Maksim Polinski, Nikolay Bulıgin Baş prodüserlər: Aleksandr Sekalo, Konstantin Ernst

Rollarda

Yaranması РБК qəzetinə əsasən, "Trotski" ORT telekanalının təşəbbüsü ilə "Sreda" prodüser şirkətinin istehsal etdiyi ilk serialıdır. Digər hallarda seriallar yalnız "Sreda"nın müəllifi olduğu ideyalar ssenaridə öz təcəssümünü tapandan və ORT-nin kino nümayişi müdiriyyətinin təsdiqindən sonra istehsalata buraxılırdı.

ORT-nin yaradıcı planlaşdırma şöbəsinin müdiri Yelena Afanasyevanın sözlərinə görə, serialın ideyası meydana gələndən çəkilişlərin başa çatdırılmasına qədər bir ildən də az vaxt keçmişdi. Sonradan Konstantin Ernst bunu təsdiq edərək bildirmişdi ki, kanalın inqilab haqqında çəkməyi planlaşdırdığı digər serial layihəsi baş tutmamışdı. Nəticədə o, təcili surətdə Aleksandr Sekaloya müraciət edərək Trotski haqqında serial çəkmək təklifini vermişdi.

Serial "Yesenin" televiziya filminin spin-offudur. Həmin filmdə də Konstantin Xabenski Lev Trotski obrazını yaratmışdı. Hər iki serialın prodüseri olmuş Konstantin Ernstin fikrincə, aktyor o zaman həmin rolu "düzgün oynamamışdı". Xabenski özü isə qeyd edir ki, onun ifa etdiyi rolun 80% hissəsi serialdan çıxarılmışdı və artıq Trotski haqqında yeni çəkilən teleserialda o, həmin obrazı ilk düşündüyü kimi ifa edib.

Tarixi gerçəklik məsələsi Tarixi gerçəkliklə bağlı məsələdə aydınlıq nəzərə çarpmır. Ehtimal ki, bu baş rejissorun müsahibəsi ilə bağlıdır:

Konstantin Ernst təsdiq edir ki, müəlliflər qarşılarına Trotskinin həqiqi tərcümeyi-halını yaratmağı məqsəd qoymayıblar. Əvəzində hadisələrin daha geniş tamaşaçı kütləsi tərəfindən anlaşılması üçün uyğunlaşdırılıb. Ernstin fikirlərindən məlum olur ki, serialın vəzifəsi tərcümeyi-halın əks etdirilməsindən daha genişdir:

Aleksandr Sekalo qeyd edir ki, müəlliflər bir tərəfdən tarixi gerçəkliyə riayət etməyə can atıblar, digər tərəfdən isə əhatəli bioqrafik film yaratmaq yox, "parlaq, qorxunc, qana susamış və seksual fiqur göstərmək" məqsədini qarşıya qoyublar. Ssenari müəlliflərindən biri etiraf edir:

Serialın kreativ prodüseri isə deyir:

Tənqid Trotskişünas tarixçi alim Aleksandr Reznikin fikrincə, Trotskinin serialdakı obrazı çox vaxt xarici dövlətlərə işləməsində təqsirləndirilən (məsələn, Navalnı) müasir müxalifətin gözdən salınması məqsədilə qəsdən "iblisləşdirilib". İnqilab tarixi üzrə mütəxəssis Boris Koloniski hesab edir ki, Trotskinin iblisləşdirilməsi xüsusilə gənclər arasında əks təsirə gətirib çıxara bilər.

Trotskinin bioqrafiyalarından birinin müəllifi Coşua Rubenşteyn (Harvard) öz tənqidində serialın yaradıcılarının Trotskini inqilabın mərkəzi fiquruna çevirmək, həmçinin, imperator ailəsinin edamına cavabdehliyi onun üzərinə qoymaq arzusuna toxunur.

Premyeradan sonra serial kəskin tənqidlərə məruz qalıb:

Solçu yazıçı və publisist Aleksey Svetkov yazır:

Serial peşəkar tarixçilər tərəfindən də güclü tənqidə məruz qalıb.

İstinadlar

Xarici keçidlər Serialın rəsmi saytı В Канне состоялась мировая премьера российского сериала «Троцкий» Мировая премьера в Каннах: участникам международного телерынка показали новый сериал Первого канала «Троцкий» Первый канал переключился со Сталина на Троцкого Independent назвала сериал «Троцкий» неожиданным способом отметить столетие революции Продюсер переворота трейлер сериала на сайте kino-teatr.ru Александр Цекало снимает сериал о Троцком На престижном рынке телефильмов, стартовавшем Каннах, с нетерпением ждут российский сериал «Троцкий»

Kateqoriya:Rusiya teleserialları Kateqoriya:Rusca filmlər Kateqoriya:Aleksandr Kottun filmləri Kateqoriya:2017-ci ilin teleserialları Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:2017-ci ildə bitən teleseriallar Kateqoriya:Lev Trotski Kateqoriya:Siyasətçilər haqqında bioqrafik filmlər