Aminofenollar (aminohidroksibenzollar, hidroksianilinlər)- A.
Kimyəvi xassələri A. amfoterdirlər, fenola nisbətən çətin sulfolaşırlar: o-A.-dan 3-amino-4-hidroksibenzolsulfoturşu, m-A.-dan 4-amino-2-hidroksibenzolsulfoturşu, p-A.-dan isə 5-amino-2-hidroksibenzolsulfoturşu əmələ gəlir.
A.-rı turşu anhidridləri ilə işlədikdə asanlıqla N-asiltörəmələr əmələ gəlir. o-A. tsiklin qapanmasına meyillidir və sərt şəraitdə asilləşdirildikdə benzoksazol törəməsinə çevrilir.
Alınması Sənayedə m-A.-lu metanil turşusunun Na-duzundan alırlar. Sonuncunun, həmçinin, rezosini 2000C-də 10%-li NH3 məhlulu (kat.-NH4Cl) ilə işləməklə də alırlar. Həmçinin, nitrobenzolun H2SO4-də məhlulunu elektrolitik reduksiya etməklə də alırlar. o-A.-lu 2-xlornitrobenzolu NaOH məhlulu ilə sabunlaşdırmaq və daha sonra alınmış o-nitrofenolu hidrogenlə reduksiya etməklə (kat-Ni/Cr; 0,6 MPa; 750C; etanolda) sintez edirlər.
Tətbiqi A. kükürdlü və azoboyaların istehsalında tətbiq olunur. Bundan əlavə p-A. və onun törəmələri, Məs., metol, qlisin, amidol, eləcə də, o-A. fotoqrafiyada istifadə olunur. p və o-A. dərini qəhvəyi rəngdə boyamaq üçün aralıq məhsullardır. o-A.-un N-metiltörəməsi saçı boyamaq üçün (qəhvəyi rəng), m-A. p-aminosalisil turşusunun alınmasında aralıq məhsul kimi istifadə olunur.
Mənbə Эфрос Л.С., Горелик М.В., Химия и технология промежуточных продуктов, Л., 1980. Kirk-Othmer ensyslopedia, 3 ed., v. 2, N.Y., 1978, p. 422-439. Химическая энциклопедия, Изд. “Советская энциклопедия”, М., 1988, т. 1, с. 267.
İstinadlar
Kateqoriya:Üzvi kimya