Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir.Вилаят Керимов. О периодизации античной и репнесредневековой архитектуры Кишского храма. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qafqazın Arxeologiyası və Etnoqrafiyası" beynəlxalq elmi konfransının materialları. Bakı, 2000 Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var.Wegge Born – From Jerusalem to Gis: An investigation of the Eliseus-tradition in Courcasis. Paper Presented at the Conference Caucasus Albanians in the Past and Present. B, 2003, səh 35Вилаят Керимов, Бьернар Стурфиел. Киш. Б., 2003, səh 23Моисей Каланкатуклу. Albaniya tarixi, I kitab, VI fəsil, Bakı,1993Крымский А. Е. Страницы из истории северного или Кавказского Азербайджана (Классическая Албания) II Шеки вЂ" İ. Marrın xatirəsinə həsr olunmuş məcmuə. M-L, 1938Ямпольский З. Н. К изучению летописи К. Албании. AMEA-nın xəbərləri, Bakı, 1957, в"–9
Tarixi thumb|left|200px|Kiş kilsəsi Ay ilahəsi Selenaya həsr edilmiş paqan məbədinin özülləri üzərində inşa edilmişdir.
"Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir.>M. Kalankatlı, Albaniya tarixi, səh. 27 (II kitab, 17. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar.
Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır.
Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var.
"Alban ölkəsinin tarixi"ndə göstərilir ki,
"Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur. Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdıb, öz dindaşı havarinin həsəd oyadan şəhidliyi haqda söhbət edir. Bundan sonra Yelisey Qüdsün birinci patriki Ağamızın qardaşı müqəddəs Yakovun tövsiyəsiylə müqəddəs Ruh naminə Şərqə təyin edilir. Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və oradan ermənilərin gözündən qaçaraq Məsküt elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq, onlara xilaskarı andırmağa çalışırdı. Müqəddəs patrik Gisa gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsələrinin və şəhərlərinin başlanğıcıdır və biz şərqlilərə xristianlığı qəbul edilməsi mənbəsidir."
1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıyaalınması zamanı Kiş kəndində 1 nəfər də olsun xristian, o cümlədən xristian din xadimi qeydə alınmamışdır.Камералное описание жителей города Нухи и Шекинской провинции за 1824 год, составленоно капитаном Харченновым и поручиком Скоржинским. Dövlət Tarix Arxivi, fond 24; № 1, s/v.162 Rəşid bəy Əfəndiyevin şəhadətinə görə də 20-ci əsrin əvvəllərində Kiş kəndində 1 nəfər də olsun xristian yox imiş, amma o, qeyd edir ki şəhərdə, yəni Nuxa (Şəki) şəhərində məskən salmış Zuğ (زوغ) (Tuğ?) erməniləri kilsəni "… mənimsəmişlər və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalı zahirisini asarü-ətiqəlik (tarixi abidə) halından çıxarmışlar". Rəşid bəy həmçinin, bu kilsənin "həvarilərdən zamanından qalma" olduğunu vurğulamaqla yanaşı, həm də qeyd etmişdir ki abidənin ətrafında qazıntılar aparılarsa "gözəl nəticələr verməyi şübhəsizdir".
Fərziyyələr Tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında da müxtəlif fərziyyələri var. Z. N. Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi,В Ямпольский З. Н. К изучению летописи К. Албании. AMEA-nın xəbərləri, Bakı, 1957, в"–9, səh 237–238 R. B. Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndiВилаят Керимов. Предварительные археологические исследования Кишского комплекса. В Azərbaycan Arxeologiyası və etnoqrafiyası jurnalı I buraxılış. B., 2003, səh 25 olduğunu iddia edmişdilər.
Strabon qədim albanların dini haqqda məlumat verərkən, onların Helios, Zevs və Selenaya sitayiş etdiklərini, Selenaya isə xüsusi rəğbət olduğunu yazmışdır. "Selena məbədi İberiya sərhədləri yaxınlığında yerləşir. Buranın kahini çardan sonra ikinci adamdır. O, geniş və yaxşı məskunlaşmış müqəddəs torpaqları və məbəd qullarını idarə edir."Strabon Qeoqrafiə /Stranatovsknin tərcüməsilə/. Kitab XI, IV başlıq, Moskva, 1964, səh 477
Z. N. Yampolski e.ə. V əsr – b.e. II əsrlərinə aid mənbələri tədqiq edərək Albaniyada məbəd, Allaha həsr olunmuş vilayətin olduğunuЯмпольский З. Н. К изучению летописи К. Албании. AMEA-nın xəbərləri, Bakı, 1957, в"–9, səh 237–238 qeyd etmişdir. A. E. Krımski Selena məbədinin Şəki vilayətində yerləşdiyiniКрымский А. Е. Страницы из истории северного или Кавказского Азербайджана (Классическая Албания) II Шеки İ. Marrın xatirəsinə həsr olunmuş məcmuə. M-L, 1938, səh 371, K. V. TreverТревер К. В. Очерки по истории и культуре Кавказской Албании М.-Л. 1959, səh 302 isə Şəki vilayətinin e.ə. I əsrdə İberiya sərhədlərindən uzaqda yerləşdiyini və bu məbədin Qum bazilikasının yerində olduğunu söyləmişdir. thumb|180px|right|Selena məbədinin yerində Kiş kilsəsini inşa etdirmiş, Şəki yaxınlığında şəhid edilmiş həvari Müqəddəs Yelisey, ikona, Cotaari kilsəsi Şəki vilayətinin indiki Şəki–Zaqatala bölgəsinin ərazisini əhatə etdiyini nəzərə alındıqda, bu müqəddəs vilayətin məhz Şəki vilayəti olduğu güman edilir.F. Məmmədova – Qafqa Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993 Şəki vilayəti cənub-şərqdə Qəbələ, qərbdə və cənub-qərbdə Kambisenayla, şimal-şərqdə Lpina ilə həmsərhəd idi. Onun şimal sərhədi İberiyaya kimi uzanırdı. Şəki vilayətinin müqəddəs vilayət olması fikrini təsdiq edən bir fakt da keçmiş Şəki vilayətinin ərazisinə aid olan Şəki – Balakən bölgəsində Qum bazilikası (IV – V əsrlər), Ləkit kilsəsi (V – VI əsrlər),Барановский П. Д. Памятники в селениях Кум и Лекит. Архитектура Азербайджана /Эпоха Низами/ М.-Б., 1947, səh 29–30 Zəyzid (VI–VII əsrlər)Геюшов Р. Б. Христианство в Кавказской Албании Б., 1984, səh 20 və s. kimi məbədlərin olmasıdır ki, onlar da əvvəllər dini mərasimlər keçirilən köhnə məbəd qalıqlarının yerində inşa edilib. Bu proses Ermənistan və Gürcüstanda da eyni tərzdə baş vermişdir. Ərəblər Azərbaycanı işğal etdikdən sonra onlar da paqan və ya xristian məbədlərinin üzərində məscidlər tikir və ya onları məscidə çevirirdilər. Bunlara misal olaraq İçərişəhərdəki cümə məscidiniУсейнов М. А. Памятники Азербайджанского зодчества. Баку, 1951, səh 58 və Katuk monastrını (V–XII əsr) göstərmək olar.Karaxmedova A. A. Xristianskie pamətniki Kavkazskoy Albanii (Alazanskaə dolina) B, 1986, səh 20.
Kiş məbədinin tikilməsi haqda da tədqiqatçıların bir-birilə ziddiyyət təşkil edən fikirləri mövcuddur. 2000 – 2001-ci illərdə Kiş məbədində aparılmış arxeoloji qazıntılarda arxeoloq – məsləhətçi kimi Norveç tərəfini təmsil edən professor Bernar Sturfiel məbədin XI – XII əsrlərdə tikildiyini iddia edir. O, öz fikrini aşağıda göstərilmiş üç mülahizə əsasında sübüt etməyə çalışmışdır:
I. Kiş məbədinin tikintisi zamanı bünovrə qazılmış torpaq qatından götürülmüş nümunələrin radiokarbon analizinin nəticələrinin 990–1160-cı illərə aid olduğunu əsas gətirərək məbədin bünövrəsinin ən aşağı qatının da bu vaxt salındığını;II. Məbədin ən aşağı qəbirlərinin bu əraziyə gəlmiş ilk xristianlara məxsus olduğunu və bu qəbirlərdəki insan sümüklərinin radiokarbon analizinin nəticələrinin 980–1060-cı illər olduğuna əsaslanaraq Kişə xristianların göstərilən tarixdə gəldiklərini;III. Mehrabın arxeoloji tədqiqindən əldə olunan nəticələr Kiş məbədinin 3 mərhələdən ibarət fəaliyyət dövrünün I mərhələsində diofizit, II–III mərhələlərində isə monofizit təriqətinə riayət etdiyinə əsaslanaraq məbədin apostollar tərəfindən deyil, XI–XII əsrlərdə gəlmə xristianlar tərəfindən tikilmişdir.Вилаят Керимов, Бьернар Стурфиел. Киш. Б., 2003, səh 132–151
Digər Norveç alimi Byon Veqqi Kişdə xristianlığın mövcudluğunu təsdiqləyən yazılı mənbənin V əsrdən qədim olmadığına əsaslanaraq məbədin də tikilməsini bu tarixdən sonraya aid olduğunu qeyd etmişdir.Wegge Born “From Jerusalem to Gis: An investigation of the Eliseus-tradition in Courcasis”. Paper Presented at the Conference Caucasus Albanians in the Past and Present. B, 2003, səh 25.
2000–2001-ci illərdə Kiş məbədində aparılan arxeoloji qazıntılara rəhbərlik etmiş memarlıq doktoru Vilayət Kərimov arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq Kiş məbədinin sadə təknefli bazilikadan günbəzli memarlığadək 5 tikinti mərhələsini müəyyənləşdirmişdir. Prof. V. Kərimov qeyd edir ki, Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir.Вилаят Керимов. О периодизации античной и репнесредневековой архитектуры Кишского храма. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qafqazın Arxeologiyası və Etnoqrafiyası" beynəlxalq elmi konfransının materialları. Bakı, 2000, səh 97
Memarlıq xüsusiyyətləri right|thumb|240px|Kiş kilsəsi sadə birnefli plan əsasında inşa edilmiş və günbəzlə tamamlanmış zal-günbəz formasına malikdir. Kiş kilsəsi günbəzlə örtülmüş zal formalı kilsələr qrupuna aid olmaqla, şərq tərəfdən yarımdairəvi apsida ilə tamamlanır. Kilsənin planlaşdırma həlli erkən orta əsrlər Qafqaz Albaniyası memarlığı üçün xarakterik xüsusiyyətlərə malikdir. Bir qədər uzun ibadət zalı bir cüt pilyastrla iki hissəyə bölünür. Şərq tərəfdən zala altar apsidası birləşir. Pilyastrlar vasitəsilə T-formalı məkan kəsişən arkaların saxladığı tağvari damla örtülür. Apsidanın triumfal arkası da bu cür həndəsi quruluşa malikdir. Yan divarların pilyastrlar və apsida arasındakı dərin hissələri də anoloji görünüşə malik ikimərtəbəli arkalarla tamamlanır. Dörd arka vasitəsilə formalaşdırılmış düzbucaqlı sferik parusların köməyi ilə barabanın oval təməlinə keçir, bu təməl üzərində günbəz yüksəlir.
Kilsənin ən maraqlı xüsusiyyətlərindən biri ibadət zalının düzbucaqlı həcminə birləşən yarımsilindrik altar apsidasıdır. Digər bir mühüm cəhət isə yan divarların günbəzaltı hissəsində yerləşən və xaç-günbəz formalı kilsələrin transeptini xatırladan divar tağları əmələ gətirən üçbucaqlı formaya malik hissələrdir. Bu cür psevdotransept nəinki Qafqaz Albaniyası memarlığı, eyni zamanda Qafqaz ölkələri memarlığında unikal haldır.
Kilsə iri əhəngdaşı bloklarından inşa edilmişdir. Pəncərə kənarları üç hissəli yarımdairələrlə əhatələnmişdir ki, onların da ortada olanı kənarda olanlardan iki dəfə enlidir. Barabanın yarımslindrik həcmi təməldə və karnizdən bir qədər aşağııda yarımdairəvi profilə malikdir. Binanın indiki planlaşdırma həlli, altar apsidası ilə birlikdə IV–V əsrlərdə formalaşmış, sonrakı dövrdə günbəz inşa edilmişdir.
Memarlıq mərhələləri və təhlili