2017–18 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan Kubokunun 26-cı mövsümü. Kubokun final oyunu 28 may 2018-ci ildə keçirilmişdir.
Reqlament Azərbaycanın Kubokunun bütün mərhələlərində cütlüklərin qalibləri iki matçın (1/16-dan, 1/8-dən və finaldan başqa) nəticələrinə görə təyin edilirdilər. Əgər kubok matçı əsas vaxta heç-heçə bitdisə, onda əlavə vaxt (hər biri 15 dəqiqə olmaqla 2 əlavə hissə, fasiləsiz) təyin olunurdu. Amma əgər əlavə vaxtda da qalib təyin olunmursa, o zaman 11 metrlik zərbələr seriyası təyin edilirdi.
Püşkatma Azərbaycan kubokunun 2017/18 mövsümünün püşkü 6 oktyabr 2017-ci ildə AFFA-nın inzibati binasında atılmışdır. Püşkatma mərasiminə 18 komanda qatılmışdır
Mərasimdə yarışın "setka"sı müəyyənləşmişdir. Belə ki, Premyer Liqa klublarının yarışa birbaşa 1/8 finaldan qatılması qərara alınmışdır. I divizion təmsilçilərindən 4-ünün iki vəsiqə uğrunda 1/16 finalda mübarizəyə başlayacağı, digərlərinin isə yarışa 1/8 finaldan başlayacağı planlaşdırılmışdır.
Püşkatmada ilk iki mərhələnin cütləri bəlli olmuş; həm də növbəti raundlarda qalibləri üz-üzə gəlməli olan cütlər müəyyənləşmişdir.
Komandalar Premyer Liqa (8)Birinci Divizion (10) Kəpəz PFK Keşlə FK Neftçi Bakı PFK Qarabağ FK Qəbələ FK Səbail FK Sumqayıt FK Zirə FK Ağsu FK Binə FK Mil-Muğan FK MOİK Bakı FK Qaradağ Lökbatan FK Sabah FK Şüvəlan FK Turan Tovuz FK Xəzər Bakı FK Zaqatala PFK
Təsnifat mərhələsi 11 oktyabr 2017-ci ildə keçirilmişdir.
1/8 final 29 noyabr 2017-ci ildə keçirilmişdir.
1/4 final 10–11/14–15 dekabr 2017-ci ildə keçirilmişdir.
1/2 final 12/18 aprel 2018-ci ildə keçirilmişdir.
Final 28 may 2018-ci ildə keçirilmişdir.
Qol müəllifləri 4 qol: Filip Ozobiç (Qəbələ FK)
3 qol:
Baqali Dabo (Qəbələ FK) Mirsahib Abbasov (Keşlə FK) Pərdis Fərcad-Azad (Keşlə FK) Amil Yunanov (Sumqayıt FK) Daniel Seqovia (Neftçi PFK)
2 qol:
Cavid Hüseynov (Qəbələ FK) Ruslan Qurbanov (Qəbələ FK) Stiven Josef-Monroz (Qəbələ FK) İlyas Səfərzadə (Kəpəz PFK) Şəhriyar Rəhimov (Kəpəz PFK) Rafael Məhərrəmli (Keşlə FK) Sezar Meza Kolli (Keşlə FK) Hüqo Barqas (Neftçi PFK) Pedro Enrike (Qarabağ FK) Kamal Mirzəyev (Sumqayıt FK) Vüsal İsgəndərli (Zirə FK)
1 qol:
Hacıağa Hacıyev (Qəbələ FK) Ülvi İsgəndərov (Qəbələ FK) Famoussa Kone (Qəbələ FK) Ekiqo Ehiosun (Qəbələ FK) Kamran Abdullazadə (Kəpəz PFK) Adrian Skarlataçe (Keşlə FK) Vasif Mehrəliyev (Mil-Muğan FK) İsmayıl İbrahimli (MOİK Bakı FK) Qərib İbrahimov (MOİK Bakı FK) Lukas Qomez (Neftçi PFK) Mirabdulla Abbasov (Neftçi PFK) Namiq Ələsgərov (Neftçi PFK) Emin Mahmudov (Neftçi PFK) Soni Mustivar (Neftçi PFK) Əfran İsmayılov (Qarabağ FK) Riçard Almeyda (Qarabağ FK) Aslan Hüseynov (Səbail FK) Ayrton Statie (Səbail FK) Aleksandru Popoviçi (Səbail FK) Elman Taqayev (Səbail FK) Elvin Həsənəliyev (Şüvəlan FK) Rəşad Eyyubov (Sumqayıt FK) Cavid İmamverdiyev (Sumqayıt FK) Elnur Səmədov (Turan Tovuz FK) Orxan Əliyev (Zirə FK) David Manqa (Zirə FK)
İstinadlar
Həmçinin bax 2017–18 Azərbaycan Premyer Liqası 2017–18 Azərbaycan Birinci Liqası
İstinadlar
Kateqoriya:2017-ci ildə Azərbaycanda idman Kateqoriya:2018-ci ildə Azərbaycanda idman Kateqoriya:Azərbaycan Kuboku mövsümləri Kateqoriya:2017/2018 mövsümündə Azərbaycanda futbol