Kompüter İnsidentləri üzrə Məsləhət Mərkəzi Enerji Departamentində orijinal kompüter hadisələrini tədqiq edən qrupdur

Tarixi Kompüter İnsidentləri üzrə Məsləhət Mərkəzi ABŞ Energetika Nazirliyi yanında 1989-cu ildə yaradılmışdı və Lawrence Livermore Milli Laboratoriyasında yerləşir.

Məqsədi Mərkəzin əsas məqsədi Energetika Nazirliyi əməkdaşlarının və podratçılarının kompüter təhlükəsiz-liyinin təmin edilməsidir. FIRST-in təşkilatçılarından biridir.

Fəaliyyəti Internet istifadəçilərinin boşluqlar haqqında dövri məlumatlandırılması üçün CIAC mərkəzi də CERT/CC-yə analoji olaraq öz veb serverində (http://llnl.ciac.gov) və göndəriş siyahılarında informasiya bülletenləri (Advisories) nəşr edir.

Ədəbiyyat İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.

Kateqoriya:İnformatika