2 ömür bədii serialı rejissor Ramin Nəbiyev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Xəzər televiziyasında istehsal edilmişdir. Hadisələr 1994-cü ildə baş verir. Serialın süjet xəttini 3 dostun həyat hekayəsi təşkil edir. Filmdə əsas rolları Elşən Rüstəmov, Əbdülqəni Əliyev, Əjdər Zeynalov, Əzizağa Əzizov, Flora Hüseynova, Çingiz Mütəllimov, Həcər Ağayeva, Leyli Vəliyeva, Mələk Kazımova, Məsumə Babayeva və Natavan Hacıyeva ifa edirlər.
Məzmun Hadisələr 1994-cü ildə baş verir. Serialın süjet xəttini 3 dostun həyat hekayəsi təşkil edir.
1994-cü il. Nail (Əbdülqəni Əliyev), Sahib (Elşən Rüstəmov) və Rəfael (Əjdər Zeynalov) üç dostdurlar. Sahiblə Rəfaelin həyat yoldaşları hamilədirlər. Nail isə həyat yoldaşı Mirvari (Leyli Vəliyeva) ilə uzun müddətdir ki, uşaq üzünə həsrətdirlər. Onların bu həsrəti, vaxt keçdikcə paxıllıq və həsədə çevrilib. Onlar birlikdə plan qururlar. Sahiblə Səhərin (Həcər Ağayeva) övladı dünyaya gələn gün Nail həkimə (Mehriban Hüseynova) pul verərək onların övladını başqasıyla dəyişdirir. Digər "dostu" Rəfaelin isə həyat yoldaşı Kəmalə (Flora Hüseynova) əkiz övlad dünyaya gətirir. Eyni gün Nail həkimin köməyi ilə Rəfaelin də uşaqlarını əlindən alır; həkim birini başqasına satır, digərini isə Nailin özü övladlığa götürür. Rəfaelə isə uşaqların doğulandan sonra öldüyünü bildirirlər. Əlbəttə, bu işlərin hamısını pul müqabilində həkim həyata keçirir. Rəfael ağır stress keçirir, içkili halda arvadını bıçaqlayıb həbsxanaya düşür.
Artıq 2016-cı ildir. Baş verən hadisələr nəticəsində illər boyu gizli qalan sirrin üstü yavaş-yavaş açılmağa başlayır və hadisələr öz məcrasını dəyişir. Dəniz (Yeganə Orucova) aldığı travma nəticəsində xəstəxanaya düşür və Sahib Dənizin onun qızı olmadığını öyrənir. Sahib doğma qızının axtırışına çıxır...
Filmin üzərində işləyənlər Ssenarist: Valeh Əhmədov Rejissor: Ramin Nəbiyev Operator: Əhməd Barasov Rəssam: Elnarə Səfərova Bəstəkar: Bəbir Bəbirli
Rollarda Elşən Rüstəmov — Sahib Əbdülqəni Əliyev — Nail Əjdər Zeynalov — Rəfael Əzizağa Əzizov — Azad Flora Hüseynova — Kəmalə Çingiz Mütəllimov — Pərviz Həcər Ağayeva — Səhər Leyli Vəliyeva — Mirvari Mələk Kazımova — Aylin Məsumə Babayeva — Zemfira Natavan Hacıyeva — Natavan Rəşad Səfərov — Şadman Toğrul Rza — Fərhad Tural Ağayev — Nemət Türkay Cəfərli — Davud Valeh Əhmədov — Mərdan Yeganə Orucova — Dəniz Zəfər Hüseynzadə — Yunis Zülfiyyə Qurbanova — Şəfa
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2016-cı ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər