Təkdam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Təkdam kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ilin noyabr ayında üçtərəfli razılaşmaya görə işğaldan azad olunub.

Toponimikası Yaşayış məntəqəsini qonşu Keşdək kəndindən köçüb gəlmiş ailələr qədim dövrdə daşdan tikilmiş, indi də yaxşı saxlanmış kiçik bir binanın (yerli əhali bu binaya dam deyir) ətrafında saldığına görə belə adlandırılmışdır. Kənd ərazisində tək bir ev, tikili olan ərazidə salındığına görə belə adlanır. Yerli əhali arasında bir ev olan yerlərə tək evli və ya təkdam deyilir.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Yaylaqları Əyir yaylaqları, Keçəltəpə yurdu.

Bulaqları Çınqıllı bulaq, Sarı bulaq, Turşlu bulaq, Axac bulağı, Gözəllər bulağı.

Məşhur yerləri Yamacpay, Şişdağ, Həsənin yalı, Xallar, Arxac biçənəyi, Cəmilin yalı, İldırımvuran yarğan, Kartof yerləri, Böyükpay, Dongüney, Səngər qayaları, Pəhləvan Nəbibiçən, Turşlubulaq biçənəyi, Yal mərəyi, Acıarmud, Xırman daşları, Cərgəqayalar, Topdaş.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri