Rövşən Maqsud oğlu Hüseynov (06 fevral ) — aktyor. Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2026-cı ildən).

Həyatı Rövşən Hüseynov 1968-ci il dekabr ayının 15-dən (14 yaşından) Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. 1971-ci ildə A.Makayonkun "Tribunal" traki-komediyasında oynadığı Volodka rolu ona böyük uğur gətirmişdir. O, ildən bəri bir çox klassik və müasir müəlliflərin tamaşlarında müvəfəqiyyətlə çıxış etmişdir. Son illərdə teatrda rejissor kimi də fəaliyyət göstərir.

R.Hüseynov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar, 2008-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ailəsi Azərbaycanın xalq artisti, görkəmli aktrisa Sofiya Hüseynovanın oğludur.

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Rafael Dadaşovun qardaşıdır (ana bir ata ayrı)

Əsas rolları

Aktyor kimi oynadığı tamaşalar "Tribunal" Traki (A.Makayonk) — Volodka Dördüncü (K.Simonov) — Bonor Mənim qaynanam (G.Xuqayev) — Elburus Bostan iti (Lope de Veqa) — Miranov Sevindik qız axtarır (Ş.Qurbanov) — Çingiz Şeyda (H.Cavid) — Şeyda Solğun çiçəklər (C.Cabbarlı) — Bəhram Şeyx Sənan (H.Cavid) — Özdəmir Məşədi İbad (Ü.Hacıbəyov) — Həsənqulu bəy Beş manatlıq gəlin (M.S.Ordubadi) — Qiyas Qarağaclar altında məhəbbət (Yuqil O.Nil) — Semyon Müsyo Jordan və Dərviş Məstəli şah (M.F.Axundov) — Müsyo Jordan Anamın kitabı (C.Məmmədquluzadə) — Rüstəm bəy İtirilmiş sima (Vayzenqo) — Lafter Astana (A.Dudayev) — Sarqay Məni qınamayın (Hidayət) — Məmiş Nadir şah (N.Nərimanov) — Ədhəm xan; Heydər xan Arzum çin olsun (R.İçərişəhərli) — Bəbir Bəxt üzüyü (V.Səmədoğlu) — Hüseyn Atabəylər (N.Həsənzadə) — Ayəba

Rejissor kimi quruluşu verdiyi tamaşalar Koroğlu nəsli (H.Elsevər) Sehirli yaylıq (V.Qubarev) Ana laylası (İ.Coşqun) Hökmdar və qızı (İ.Əfəndiyev) 5.Göz həkimi (İ. Səfərli). 6.Qaravəlli (Anar) 7. Yazığam sevmə məni. (Ə. Əylisli) 8 Vəzifə (Ə. Əylisli). 9.Qız atası (Ə. Əsgərov) 10 Həmyerliləri (A. Məmmədov). və başqaları.

Filmoqrafiya Babək filmi (1979) Doğma sahillər (1990) Tale yükü

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan teatr aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları