Portu FK muzeyi, sponsorluq səbəblərindən rəsmi olaraq BMG tərəfindən Portu Muzeyi () — Portu şəhərində yerləşir və Portuqaliya liqasında çıxış edən "Portu"nun tarixini özündə əks etdirir. Muzeyin girişində nəhəng mavi ulduz yerləşir. Muzeyin rəsmi açılışı klubun 120 illik tarixi ilə əlaqədar 2013-cü ilin 28 sentyabr tarixində baş tutmuş və 26 oktyabr tarixində isə muzeyin qapıları ictimaiyyətin üzünə açılmışdır.
Muzeyin yaradılması və tikintisi Sibina Partners (Barselona) və MUSE (London) şirkətləri tərəfindən həyata keçirilmişdir. Muzey Draqao stadionunun şərq hissəsində yerləşən sektorun altında yerləşir. Burada 27 müxtəlif mövzunu əhatə edən; klubun tarixi tədbirlərini, oyunlarını, uğurlarını, məşqçi və oyunçularını xatırladan görüntülü elektron məlumatlar göstərilməkdədir. Bundan başqa "Portu" klubunun yalnız futbol sahəsində deyil həmçinin həndbol, basketbol və digər idman növlərində qazandığı uğurlar nəticəsində əldə etdiyi mükafatlar ziyarətçilərə nümayiş etdirilir. Muzeyin mərkəzi bölməsində klubun daxili çempionatda qazandığı kuboklar və Avropa miqyaslı turnirlərdə əldə etdiyi mükafatlar sərgilənir. Bundan başqa burada keçmiş zamanlarda futbolçuların geyindiyi orijinal formalar, foto şəkillər, sənədlər və medallar nümayiş olunur.
Muzeydə həmçinin auditoriya, klubun mağazası, kofe bölməsi və müvəqqəti sərgilər üçün ayrılmış məkan fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:Portuqaliyada futbol Kateqoriya:Avropa muzeyləri