2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı — 2016-17 Azərbaycan Kubokunun final oyunu. Final 5 may 2017-ci ildə Naxçıvan Muxtar Respublika Stadionunda keçirilmişdir“Qarabağ” Azərbaycan kubokunun qalibi olub . serqqapisi.az, 06.05.2017 . Final oyununda "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlmiş və oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdır.

Bədii hissə Final görüşündən əvvəl təntənəli açılış mərasimi təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar artisti Röya Ayxanın, Şərur Xalq Yallı Ansamblının, Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının ifalarında rəngarəng musiqi və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Final oyunu Fariz Yusifovun baş hakim olduğu oyunun birinci hissəsində "Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov zədələnib və oyunu sona qədər davam etdirə bilməyib. Onu Roman Hüseynov əvəz edib. Birinci hissə qolsuz bərabərliklə başa çatıb.

Oyunun ikinci hissəsində "Qarabağ"ın futbolçusu Mahir Mədətov vurduğu qolla komandasını hesabda irəli çıxarıb. 68-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Ürfan Abbasov avtoqola imza ataraq "Qarabağ"ı 2:0 hesabı ilə irəli çıxarıb.

Oyun elə bu hesabla da başa çatmış və "Qarabağ" Azərbaycan Kubokunun sahibi olmuşdur.

Oyunun nəticələri

Əvəzetmələr:Baş məşqçi: Əvəzetmələr:Baş məşqçi:

İstinadlar

*2017 Kateqoriya:5 maydakı hadisələr Kateqoriya:2016/2017 mövsümündə Azərbaycanda futbol Kateqoriya:Naxçıvanda futbol