thumb|300px|Bartolome Esteban Murillo — Müjdə, təxm. 1660. Müjdə və ya Xoş Xəbər Vulqata Luka 1:26–39-da Annuntiatio nativitatis Christi) həm də Bakirə Məryəmin Müjdələnməsi və Rəbbin Müjdəsi adları ilə tanınan, xristianlıqda Məryəmin hamilə olması və Tanrının oğlunun inkarnasiyasında iştirak edəcəyi haqqında xəbərlə Mələk Cəbrayıl tərəfindən müjdələnməsi hadisəsidir. Cəbrayıl Məryəmə dünyaya gətirəcəyi uşağın adını da deyir: Yehoşua – YHWH xilas edir anlamına gəlir. Əksər xristianlar bu hadisəni 25 mart tarixində İsanın doğulmasından doqquz ay əvvəl Müjdə bayramı kimi qeyd edirlər. Luka 1:26-da verilən məlumata görə Müjdə hadisəsi Yelezavetanın Vəftizçi İohanna hamiləliyinin altıncı ayında baş vermişdir.The Gospel according to Luke by Michael Patella 2005 ISBN 0-8146-2862-1 page 14 İriney (təxm. 130–202) İsanın təqdim edilməsini 25 mart kimi qəbul edirdi ki, bu da İsanın iztirabları ilə uyğunluq təşkil edirdi.Michael Alan Anderson, Symbols of Saints (ProQuest 2008 ISBN 978-0-549-56551-2), pp. 42–46
Şimal yaz ekinoksu tarixi bir çox ölkələrdə, o cümlədən İngiltərədə Yeni il bayramı kimi də qeyd olunur, İngiltərədə isə bu bayram həm də Ledi günü kimi tanınırdı. Həm Katolik, həm də Ortodoks kilsələri Müjdə hadisəsinin Nazaretdə baş verdiyini qəbul etsələr də, konkret məkanla bağlı fikir ayrılığı var. Müjdə bazilikası birinci, Yunan Ortodoks Müjdə kilsəsi isə sonuncü məkan hesab olunur.
Müjdə xristian incəsənətinin açar mövzularından biri olmaqla Katolik kilsəsinin Marian incəsənətində xüsusi yer tutmuş, xüsusilə orta əsrlər və intibah mədəniyyətlərinin əsas mövzularından biri olmuşdur.
Bibliya məlumatları
Bibliyada Müjdə hadisəsi haqqında məlumat Luka 1:26–38-də verilir:
Lukanın İncilindəki məlumatla eyni olmasa da, oxşar Müjdə xəbəri Matfey 1:18–21-də də verilir:
4Q246 əlyazması thumb|left|200px|Paolo de Matteis — Müjdə, 1712. Marian incəsənətindəRoss, Leslie. Medieval art: a topical dictionary, p.16, 1996 ISBN 0-313-29329-5 mələyin əlindəki ağ zanbaq Məryəmin paklığını simvolizə edir.Paklıq bakirəlikdən daha geniş anlayışdır, bakirəlik yalnız fiziki aspekti əhatə etsə də, paklıq həm də mənəvi aspekti əhatə edir. Luka 1:32, 35-də oxuyuruq:
Kumran əlyazmalarından olan 4Q246 əlyazmasında isə oxuyuruq:
Bəzi tədqiqatçıların fikrincə, bu mətnlərdə oxşarlıq o qədər çoxdur ki, Lukanın çoxdan unudulmuş qədim Kumran əlyazmalarından istifadə etdiyini güman etmək olar.The meaning of the Dead Sea scrolls: Their significance for understanding the Bible, Judaism, Jesus, and Christianity, James C. VanderKam, Peter W. Flint, p. 335, Continuum, 2005, ISBN 0–567-08468-X
Şərq ənənəsi Şərq Xristianlığında Məryəm Teotokos (Θεοτόκος="Tanrı-doğan") adlandırılır. Ənənəvi Müjdə troparionu (günün himni) isə İskəndəriyyəli Afanasiyə aid edilir:Speaking the Truth in Love: Theological and Spiritual Exhortations by John Chryssavgis, Ecumenical Patriarch Bartholomu 2010 ISBN 978-0-8232-3337-3 page 85
Bu gün bizim xilas günümüzdür, Və əbədi sirrin açıldığı gündür! Tanrının övladı Bakirənin övladı olacaq Qabrielin lətafətliyə xəbər verdiyi kimi. Onunla birlikdə gəlin Teotokosa səslənək: "Şadlan xoşbəxt, Tanrı səninlədir!"
25 martda qeyd edilən Müjdə bayramı kilsə ilinin on iki Böyük bayramından biridir və Rəbbin bayramı hesab edilən səkkiz bayramdan biridir. İsanın inkarnasiyasının başlanğıcı kimi Müjdə Ortodoks xristian teologiyasında mühüm yer tutur, buna görə də İohann Xrisostomun İlahi liturgiyası bayram günü hətta, İsanın çarmıxa çəkilməsinin qeyd edildiyi Böyük və Müqəddəs Cümə günü ilə üst-üstə düşsə də yerinə yetirilir. Əgər Müjdə Pasxa ilə üst-üstə düşürsə, bu zaman Kiriopasxa adlandırılır və Dirilmə ilə birlikdə qeyd edilir. Bütün bu qaydalar və bayramı əhatə edən digər kompleks mərasimlər də nəzərə alındıqda Müjdə Ortodoks xristian liturgiyasında ən mürəkkəb bayramlardan hesab edilir. Yunan ortodoks kilsəsi ənənəsində Müjdə hadisəsi Euangelismos (Yevangelizm) adlandırır ki, bu da hərfi tərcümədə "yaxşı xəbərin yayılması" anlamına gəlir.
Yefrem Sirinin sözlərinə görə, İsa Məsih haqqında müjdənin verilməsi yəhudi təqviminin 10 nisan tarixinə təsadüf edir ki, bu da, Çıxış 12-də məlumat verilən Pesax qurbanı seçilməsi ilə üst-üstə düşür. Bəzi illərdə 10 nisan 25 marta təsadüf edir ki, bu da ənənəvi Müjdə bayramı günü olmaqla Livanda rəsmi bayram kimi qeyd olunur.
Bayram günü
Müjdə bayramı adətən 25 martda qeyd edilir; Katolik, Anqlikan və Lüteran kilsələrinin təqvimində bayram Müqəddəs həftə, Pasxa həftəsi və ya bazar gününə düşdükdə günü dəyişdirilir.Holweck, Frederick George (1907). "Feast of the Annunciation of the Blessed Virgin Mary ". Catholic Encyclopedia 1. New York: Robert Appleton Company. Şərq Ortodoks, Qədim Şərq və Şərq Katolik kilsələri bayramın gününü heç bir halda dəyişmirlər, bayram başqa bayramla üst-üstə düşdükdə isə xüsusi birləşmiş liturgiyalar həyata keçirilir.
B.e. 525-ci ildə Anno Domininin ilk dəfə Kiçik Dionis tərəfindən tərtib olunması zamanı yeni ilin başlanğıcı 25 marta təyin edilmişdi ki, katolik teologiyasına görə bu İsanın inkarnasiyasının şükranlıq dövrünün başlanğıcı olmasını göstərirdi. Bu bayram haqqında ilk dəqiq məlumat Toledo kilsə məclisinin (656) kanonunda verilir və bayramın bütün kilsələr tərəfindən qeyd edilməsi göstərilir. Başqa bir məlumat isə Trull kilsə məclisinin (Konstantinopol, 692) qərarıdır ki, burada Lent vaxtı Rəbb günü və Müjdə günü istisna olmaqla bütün bayramların qeyd edilməsi qadağan edilir.
İslamda Müjdə haqqında məlumatlar Quranın III surəsinin (Ali-İmran) 45–51-ci ayələrində verilir:
Məryəm surəsinin 16–26-cı ayələrində də Müjdə hadisəsindən bəhs olunur:
"(Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü. (Məryəm) dedi: "Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!" (Cəbrail:) "Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!" – dedi. (Məryəm) dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!" (Cəbrail) dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!" (Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi). (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün! (Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!"".
Müsəlman ənənəsinə görə Müjdə hadisəsi Ramazan ayı zamanı baş vermişdir.
Xristian incəsənətində
Müjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir.The Oxford Companion to Christian Art and Architecture by Peter Murray and Linda Murray 1996 ISBN 0-19-866165-7 page 23Images of the Mother of God: by Maria Vassilaki 2005 ISBN 0-7546-3603-8 pages 158–159 Müjdə təsvirlərinə hələ erkən xristianlıq dövründən etibarən rast gəlinir və ən erkən təsvir Prisilla katakombalarında IV əsrə aid freska hesab edilir.The Annunciation To Mary by Eugene LaVerdiere 2007 ISBN 1-56854-557-6 page 29 Orta əsrlər və intibah dövründə həm xristian şərqində, həm də Roma-Katolik Marian incəsənətində ən sevilən mövzulardan biri olan Müjdə hadisəsinə ən məşhur rəssamlar müraciət etmişlər. Paklıq və Şükran simvolları olan mələk Cəbrayıl və Bakirə Məryəm fiqurları Marian incəsənətində sevimli mövzulardan olmaqla həm də, Məryəmin daimi bakirəliyinin göstərilməsi üçün istifadə edilmişdir.
Müjdə mövzulu əsərlər Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa bir çox rəssamlar tərəfindən yaradılmışdır. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir.
İstinadlar
Həmçinin bax
Bakirə Məryəmin doğması İsanın doğulması Milad
Xarici keçidlər Müjdə ikonları (əsasən Rusiya)
Kateqoriya:Xristian bayramları Kateqoriya:25 martdakı bayramlar Kateqoriya:Məryəm Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Cəbrayıl (mələk) Kateqoriya:Müjdə xristian incəsənətində Kateqoriya:Lukanın İncili Kateqoriya:Şən Sirrlər