Calğan dağı (Calğan-Tau, Calğan-DağЭнциклопедический словарь Ф. А. Брокгауза и И. А. Ефрона ) — Sabnova-Calğan silsiləsində, Böyük Qafqazda yerləşən zirvə. İnzibati cəhətdən Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd rayonu ərazisində yerləşir. Hündürlüyü 585 metrdir.

Coğrafi yerləşmə Dağ Dağıstan Öndağlığı ilə dəniz kənarı ovalıq arasında qərarlaşır. Dağdan aşağıda Dərbənd şəhəri yerləşir.

Geoloji quruluşu Calğan-Mekax antiklinalına daxildir. Üst-Miosen suxurları üstünlük təşkil edirАтлас Республики Дагестан. М.: ФСГК России, 1999.

Bitki örtüyü Dağın ətəklərindən yarımsəhra lanşaftının birdən meşə lanşaftına keçməsini müşahidə etmək olur. Bu isə zirvəuə doğru yağıntının miqdarının artması ilə əlaqədardır (Dərbənd — 171 mm, Calğan — 262 mm). Burada palıd, heyva və digər bitkilər meşə əmələ gətirir.

Əhali Dağın ətəklərində Yuxarı Calğan, Mitağı və Mitağı-Qazmalar kimi kəndlər yerləşir.

Görməli yerləri Dağda yerləşir: məlumata görə burada Qafqaz Albaniyasının ilk katalikosu Qriqoris dəfn edilmişdir. 1722-ci ildə I Pyotrın burada olması ilə əlaqədar pir təşkil edilmişdir. Stalaktitli mağarada "müqəddəs" "Urus-bulağı" yerləşir. Deyilənə görə burada I Pyotr su içmişdir.

İstinadlar

Mənbə Dərbəndin topoqrafik xəritəsi K-39-XIII — 1:200000 Dərbəndin topoqrafik xəritəsi K-38–61 — 1:100000

Kateqoriya:Dağıstan dağları Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər