Oleni adaları — Şimal Torpağının mərkəzi hissəsində (Rusiya) yerləşən adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq dörd adadan ibarətdir.

Oktyabr İnqilabı adasında yerləşən Kurçavaya çayı mənsəbindən cənubda yerləşir. Oleni adalarının ən şimal nöqtəsini təşkil edən ada Oktyabr İnqilabı adasından 800 m aralıda yerləşir. Ən cənubda yerləşən ada isə 4 km aralıdadır. Qrupa daxil olan adalar qərbdən şərqə doğru uzanır. Adalar 1,4/2,5/2,1/2,4 km uzunluqlara sahibdir. Üç adanın eni 600–700 m arasında dəyişdiyi halda biri 400 metrdən bir qədər yüksəkdir. Adalar buzdan azaddır. Adaların ayrılıqda adları yoxdur.

Xəritə Xəritə

Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Şimal Torpağı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları