Pyasin () — Kara dənizində, Taymır yarımadasının qərb sahili ərazisində yerləşən körfəz. Körfəzin uzunluğu 170 km, eni isə 200 km, dərinliyi 25 m təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Körfəzə Pyasin çayı tökülür. Körfəz öz adını nenes dilində Pyasida — "meşəsiz" mənasını verir. XIX əsrin sonrarındakı xəritələrdə Medvedev buxtası adlanırdı. Müasir ad 1900-cü illərdə peyda olmuşdur.Попов С. В., Троицкий В.А. Топонимика морей советской Арктики. — Л: Географическое общество СССР, 1972. — 316 с. — 1000 экз..

Körfəz Petra Çiçaqova sahili, Rıbnıy yarımadası, həmçinin bir sıra adaların sahillərini yuyur: Kamennıye adaları Dolgiye adaları Zveroboy adaları Qolsman adaları Labirint adları Plavnikovıye adaları.

Körfəzin böyük qismi Böyük Arktik qoruğu ərazisinə daxildir.

İstinadlar

Kateqoriya:Kara dənizinin körfəzləri Kateqoriya:Krasnoyarsk diyarı körfəzləri Kateqoriya:Taymır Dolqan-Nenes rayonu körfəzləri