() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Morfoloji əlamətləri Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Yayılması Kürün orta axarında və qollarında (Qanıxçay, Qabırrıçay (İori), Mazım, Katex, Əlcihan, Türyan, Tərtər, Qara) yayılmışdır. Əvvələr Kürdə Salyana, Arazda isə Qaradonluya qədər enirdi.Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı, 2007, s 246. Arazın qollarından Şərqi Arpa, Naxçıvan, Aza, Oxçu, Bazar, Həkəri çaylarında qeydə alınmışdır.
Yaşayış yeri və həyat tərzi Daşlı dibi olan iti axan çaylara üstünlük verən şirinsu balığıdır. Suyu sürətlə axan, dibi daşlı olan çaylarda yaşayır. Uzunluğu 32,5 sm-ə çatır. Su cücülərinin sürfələri (əsasən bulaqçılar, gündəcələr), bitki detriti və toxumaları, bəzən xironomidlər və kürəkayaqlı xərçənglərlə qidalanır.
Təsərrüfat əhəmiyyəti Azsaylı olduğundan yalnız həvəskar balıqçılar tərəfindən ovlanılırlar. Əti dadlıdır, qızılxallını xatırladır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1773-cü ildə təsvir edilən heyvanlar