Deklarasiya [lat. declaratio – bəyanat vermə, ərizə, məlumat, elan etmə; fr. declaration – ərizə, demək, söyləmək]: bir məsələ haqqında dövlət və ya partiya tərəfindən verilən bəyanat; gömrükxana haqqı ödənilən zaman təqdim olunan mal siyahısı; xaricə pul və ya qiymətli bağlama göndərilərkən əlavə edilən poçt vərəqəsi; vergi tələb olunan şəxsin əmlakı və gəliri haqqında verdiyi məlumat; bəyannamə, bəyanat; rəsmi və ya təntənəli proqram müraciəti, nəyinsə elan olunması, həmçinin onun yazıldığı sənəd; hər hansı bir məlumatları çatdıran bəzi rəsmi sənədlərin adı; hökumət və ya partiyanın bildirişi, bəyanatı; gömrük bəyannaməsi; poçt sənədi; vergi bəyannaməsi.

İstinadlar

Kateqoriya:Hüquqi sənədlər