Əbrəqunis rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1930–1949-cu illər ərzində mövcud olmuş inzibati ərazi vahididir. İnzibati mərkəzi Əbrəqunus kəndi olmuşdur.

Tarixi Əbrəqunis rayonu 8 avqust 1930-cu ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının inzibati vahidi olaraq yaradılmışdır. Heyvandarlıq, arıçılıq, üzümçülük və əkinçilik rayonu olmuşdur.

Əbrəqunis rayonu 5 yanvar 1949-cu il tarixində ləğv edilmiş, ərazisi isə Culfa rayonuna birləşdirilmişdir.

Əhali 1939-cu il siyahıyalınması üzrə rayon əhalisi 9.413 nəfər olmuşdur. Onlardan 87,3%-i azərbaycanlı, 11,8%-i isə erməni olmuşdur.

Mətbuat Rayon ərazisində 1932–1948-ci illərdə "Zərbəçi heyvandar" qəzeti nəşr edilmişdir.http://anl.az/down/meqale/azerbaycan/2010/iyul/128244.htm

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Kateqoriya:Azərbaycan SSR-in rayonları Kateqoriya:Azərbaycanın ləğv olunmuş rayonları