Əmir bəy Nərimanbəyov () — Bakı quberniyasının qubernatoru, Araz Türk Cümhuriyyəti Nazirlər Şurasının sədri.
Həyatı Əmir bəy Nərimanbəyov 1871-ci ildə Şuşada anadan olmuşdur. Xarkov Universitetinin Hüquq fakültəsini bitirmişdir.
Siyasi fəaliyyəti Əmir bəy Nərimanbəyov 3 noyabr 1918-ci il tarixindən 1919-cu ilin yaz fəslinədək Araz Türk Cümhuriyyəti Nazirlər Şurasının sədri olmuşdur. Bəzi mənbələrdə Araz Türk Cümhuriyyəti Nazirlər Şurası sədrinin adl Əmir bəy Nərimanbəyov kimi göstərilmiş, bəzilərində isə onun soyadı Vəzirov, Zamanbəyov və Ələkbərov kimi müxtəlif formalarda işlənmişdir. Lakin, Mirzə Bağır Əliyev xatirələrində müstəqillik aktında bu postun hərbi diktator adlandırdıldığını qeyd edib. Həmçinin hərbi diktator postunun da Əmir bəy Nərimanbəyov tərəfindən tutulduğunu yazmışdır.
Azərbaycan hökumətinin 25 avqust 1919-cu il tarixli qərarına əsasən Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin işlər idarəsinin rəisi Əmir bəy Nərimanbəyov Bakı qubernatoru təyin olunmuşdur.
Ailəsi
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Nərimanbəylilər Kateqoriya:Bakı qubernatorları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin general-qubernatorları Kateqoriya:Araz Türk Cümhuriyyətinin dövlət xadimləri