Yunus Sarı (21 yanvar 1991) — Türkiyəli taekvondoçu. Yunus Sarı Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi.
Karyerası Yunus Sarı birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 80 kq çəkidə, 1/4 final mərhələsində Əfqanıstanın nümayəndəsi Kafayatullah Geyase üzərində 17:10 hesabı ilə qalib gələrək, yarmfinala yüksəldi. Yarımfinalda Sarı Özbəkistanın nümayəndəsi Maksim Rafaloviç ilə üz-üzə gəldi və rəqibinə 7:5 hesabı ilə qalib gəldi.
Final qarşılaşmasında Sarı Azərbaycanın nümayəndəsi Milad Beigi ilə üz-üzə gəldi və rəqibinə 5:9 hesabı ilə məğlub oldu. Sarı yarışlarda gümüş medalın sahibi oldu.
Mənbələr
İstinadlar
Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında taekvondoçular Kateqoriya:2013 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Taekvondo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar