Haşiyəli parabüzən () — mənənələrlə qidalanır.
Biologiyası
Mənənələrlə qidalanır. Sutkalıq aktivliyi izlənərkən aydın olmuşdur ki, əsasən səhərlər və axşamçağılar dah fəal olurlar. İsti yay günlərində sükunət halı keçirirlər. Qanadüstlüyü qara olub, əsasən hər tərəfdə 2 bütöv və çiyninə yaxın hissədə bir ədəd yarımçıq sarı nöqtələri var. Böyüklüyü 3-3,5 mm-dir. Bığcığı buğumlu olub, uc hissəsi toppuzvaridir. Baş hissə sarımtıl olub, gözlər aydın nəzərə çarpır.Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
Yayılması
Haşiyəli parabüzı Qərbi Avropada, Kiçik Asiyada, İranda, (Mərənd) və Qafqazda yayılmışdır.
Ədəbiyyat
Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.
İstinadlar
Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Parabüzənlər