() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Biologiyası Qanadüstlüyü narıncı rəngdədir. Bir ədəd qara nöqtə boyun hissədə, 5-6 ədəd isə qanadlarında harmonik və simmetrik düzülüb, başı sarı, böyüklüyü 5–7 mm-dir. Azərbaycanın bütün təbii zonaları üçün xarakterikdir. Lakin fərdlərin say dinamikasına görə Şirvan zonasında və Naxçıvan ərazisində nisbətən çoxluq təşkil edir. Ən çox rütubətli biosenozlara meyilli olurlar, taxıllar fəsiləsinə aid olan bitkilər üzərində qidalanır. İşıqsevər böcəkdir, gecələr tək-tək işığa doğru uçurlar. Havalar isindikcə yay aylarında bataqlıq qamış və qarğı üzəridə diapauza mərhələsi keçirmədən qidalanır və fasiləsiz olaraq çoxalırlar. Yumurtadan sürfə çıxımı çox olur (70-80%). Beləliklə, böcək mühit amillərinə qarşı həssasdır və adekvat reaksiya verə bilir. İl ərzində iki nəsil verir. Yumurta qoyma may ayının ikinci yarısından başlayır. İyunun ikinci yarısında sürfə kütləvi olaraq intensiv surətdə mənənələri məhv edir. Qışı qidalandığı rütubətli sahələrin yaxınlığında nisbətə yüksək yerlərdə xəzəl və çöplərin altında keçirir, soyuğa dözümlüdür.
Yayılması Qərbi Avropada və Şimali Amerikada yayılıb.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1758-ci ildə təsvir edilən sərtqanadlılar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları