() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Avropanın cənubundan İranın çimal-qərbinə qədərə ərazilərdə yayılmışdır.
Sinonimləri
Qısa morfoloji təsviri Hündürlüyü (25) 40-60 (80) sm, gövdəsi düz, aşağı hissədə sıx və yumşaq tüklə örtülmüş, yuxarı hissədə çılpaq və yapışqanlı, boş süpürgəvari-budaqlanmış olan çoxillik yaşıl ot bitkisidir. Kökü çoxbaşlı olub, barsız budaqları və çiçəkli gövdəsi vardır. Yarpaqları qısa tüklüdür, kənarları kirpiklidir, bar verməyən budaqlarda və gövdənin aşağı hissəsində qismən uzun saplağa keçən, oval və elliptik ayası kürəkvaridir, uc hissədə qısa sivri qurtaracaqlıdır, qalanları kürəkvari-neştərşəkilli və yaxud elliptik fomadan neştərşəkilli-xətli formaya qədər dəyişir, aşağı yarpaqları qısa saplağa daralmışdır, yuxarıdakılar oturaqdırlar. Çiçək qrupunun piramidaşəkillisüpürəvari budaqları uzun, düz olub, çox əyilmişdir, yuxarı hissədə 3 (1), nadir halda 7 çiçəkli dixazisi vardır. Ləçəkləri ağ rəngdədir. Qutucuğun uzunluğu 8-10 (12) mmdir, uzunsov-yumurtaşəkillidir. Toxumları qaraqonur rəngli, böyrəkşəkilli, qabarıq olub, uzunluğu 1 mm-dir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Azərbaycanda yayılması Azərbaycanın bütün dağlıq, meşəli rayonlarında. Aşağı və orta dağ qurşaqlarında.
Yaşayış mühiti Meşələrdə, kolluqlarda, meşə kənarında, talalarda, çəmənliklərdə, yamaclarda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti Cavan budaqları şıl şəkildə qidada istifadə olunur. Dekorativdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:25–29 ID olan Taksonbar