Dschinghis Khan ("Çingiz xan") — Qərbi Almaniyanı 1979-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dschinghis Khan qrupunun ifa etdiyi mahnı. Bu mahnının motivləri əsasında 1997-ci ildə finlandiyalı müğənni Frederik, 1980-lərdə kantopop stilindəki ifaçı Corc Lam və 2008-ci ildə yapon Berryz Kobo qrupu tərəfindən kaver versiyalar ifa olunmuşdur,
Orijinal ifa Mahnı müsabiqədə doqquzuncu yerdə ifa edildi və səsvermənin nəticəsində 86 xalla 19 iştirakçı arasında 4-cü oldu. Mahnının müəllifləri - bəstəkar Ralf Zigel və sözlərin müəllifi Bernd Maynunger bu mahnını disko-musiqisinin, xüsusilə Boney M qrupunun mahnılarının təsiri altında yazıblar. Mahnının adından göründüyü kimi, o monqol hökmdarı Çingiz xandan bəhs edir. Mahnının sözlərinə əsasən, Çingiz xan öz gücünə görə heç kimin ona qarşı qoya bilmədiyinə görə düşmənlərinə gülür və cinsi həyatının aktivliyi ilə qürrələnir (onu sevməyən qadın yoxdur, o bir gecədə yeddi uşaq atası olur)«Dschinghis Khan» lyrics , Diggiloo.net.
Çartlar SinqlÇartYeri лучшая позицияDschinghis Khan Avstriya sinql-çartı8 Almaniya sinql-çartı1 Norveç sinql-çartı3 İsveçrə sinql-çartı3
Frederikin versiyası Fin ifaçısı Frederik Tsingis Khan adlı mahnısını özünün eyniadlı albomuna daxil edib. Fin dilindəki sözlər Yuxa Vaynio tərəfindən yazılıb. Müğənninin öz saytında verdiyi məlumata görə, mahnının bəstəkarı Ralf Zigel bu versiyanın orijinaldan daha yaxşı alındığını bildiribBio , Frederik official website(fin.).
Digər versiyalar 1979-cu ildə Royal Sprites Tayland qrupu tərəfindən ifa olunmuşdur.
"Sin Amor" adlı ispan versiyasını 1979-cu ildə ifaçı Ivan oxumuşdur.
İstinadlar
Xarici keçidlər Berryz Kobonun versiyaları
Kateqoriya:Almaniya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:2008-ci ilin sinqlları