Uşaq bizquyruğu () Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.

Xarici quruluşu Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır.

Həyat tərzi Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur.B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568 səh..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar. Ömürləri 1 aya yaxındır.

Yayılması Bütün dünyada, ən çoxda uşaqlar arasında geniş yayılmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yumru qurdlar