() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Avropa, Kiçik Asiya və İranda təbii halda bitir.

Botaniki təsviri Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir. Çiçəkyanlığı 6 yarpaqlı, ləçəkvari formadadır, uzunluğu 4-5 mm-dir. Çiçəklərdə 6 erkəkcik olur və onlar çiçəkyanlığının qaidəsinə yapışmışdır. Yumurtalığı 1-dir; dişicik ağzı 3-dür. May-iyun aylarında çiçək açır. Meyvəsi endospermalıdır, qırmızı, kürəvi, eni 5-10 mm-dir, oktyabr-noyabr aylarında yetişir. Toxumları qonur, yarımşəffaf, diametri 4-5 mm-ddir. Toxum və ya kökümsov gövdələrlə çoxalır.

Ekologiyası Bataqlıq meşələrdən əhəngdaşlı qayalıqlaradək yayılmışdır. Nəmişli torpaqları, kölgəli və ya zəif kölgəli yerləri sevir.

Azərbaycanda yayılması Şamaxıda, Şabranda, Qubada, Kür-Araz ovalığında, Alazan-Ağrıçay vadilərində, Lənkəranda təbii halda bitir.

İstifadəsi Cavan zoğlarını yumurta ilə bişirib yeyirlər.Giləmeyvələrində C vitamini vardır. Yaşillaşdırmada çəpərlərin salınmasında, həyət və bağçalarda çardaq düzəltmək və s. məqsədlər üçün istifadə oluna bilər.

İstinadlar

Həmçinin bax