Zeyad Mater (18 dekabr 1991) — Yəmənli cüdoçu. Zeyad Mater Yəməni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Zeyad Mater birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində BƏƏ-in nümayəndəsi Viktor Skvortov ilə üz-üzə gəldi. Həmin görüşdə Zeyad Mater rəqibinə 0:101 hesabı ilə uduzdu. Mater Ölkələrin Paradında Yəmənin bayraqdarı idi.
Mənbələr
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında cüdoçular