() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Xarici görünüşü Bədənin uzunluğu 150 mm, quyruğun uzunluğu 240 mm, qulağın uzunluğu 46 mm-dir. Dal pəncənin uzunluğu 70 mm-dir. Çəkisi 108 q-a qədərdir. Bədənin tük örtüyü üst tərəfdən pas, qonur boz, qarın hissəsi isə ağ rəngdədir.
Yayılması Şimal-qərbi İranın, Türkiyənin, Şərqi və cənubi Zaqafqaziyanın yarımsəhra və dağ-səhra ərazilərində yayılmışdır. Azərbaycanda Naxçıvan MR-da, Talış dağlarında və Abşeron yarımadasında, Xəzər sahili boyu Xaçmaza qədər yayılmışdır. Kserofit dağ çöllərində dəniz səviyyəsindən 2500 m-ə qədər hündürlüyə qalxır.
Həyat tərzi Həyat tərzi az öyrənilmişdir. Yeraltı yuvalarda yaşayır. Yuvaları sadə quruluşda olub, çıxış yollarının sayı 1–3 ədəddir. Bitki toxumları, kökləri və yaşıl kütlə ilə qidalanırlar. Çoxalma dövrü maydan oktyabra qədər davam edir. Balalarının sayı 2–8 ədəddir. Bəzi yerlərdə əkinlərə zərər verməsi qeyd olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:1897-ci ildə təsvir edilən məməlilər Kateqoriya:İran faunası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Oldfild Tomas tərəfindən adlandırılmış taksonlar