Radde ayıdöşəyi (Oreopteris raddeana (Fomin) Fomin) - qıjılar sinfinə aid bitki növüdür. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
Elmi adı-Dryopterisraddeana (Fomin) Fomin
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B2ab (iii). Azərbaycanın nadir, endemik və relikt növüdür.http://redbook.az/?options=project&id=Radde%20ay%C4%B1d%C3%B6%C5%9F%C9%99yi
Qısa morfoloji təsviri
Çoxillik, 80 sm hündürlüyündə bitkidir. Yarpaqları uzunsov-oval, ucdan itidir; saplaq ayadan kiçikdir, birinci sıra seqmentləri lansetvari, qısasaplaqlı, ucdan sevrilən, sonuncu sıra seqmentləri uzunsovdur, küt yaxud əyri, dişciklidir; soruslar damarların ortasına yaxın yerləşir; örtüyü çılpaqdır; sporlar qonur, böyrəkşəkillidir.Флора Азербайджана, 1950Аскеров А.М., 1983
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Sporların yetişmə dövrü iyul ayına təsadüf edir.
Çiçəkləməsi iyul ayına təsadüf edir. Orta, aşağı dağ qurşağında və düzənlik ərazinin kölgəli Hirkan tipli meşələrində rast gəlinir.Аскеров А.М., Бобров А.Е., 1972. Dekorativ və dərman bitkisidir.
Yayılması
Lənkəran ovalığı və dağlıq hissəsi (Lənkəran və Astara rayonları). Красная книга Азербайджанской ССР, 1989Аскеров А.М., 2001Əsgərov A.M., Kərimov V.N., 2013
Sayı və tendensiyası
Meşə qırıntısı və digər bu kimi tədbirlər nəticəsində popukyasiyası azalır.
Məhdudlaşdırıcı amillər
Antropogen amillər (yerli əhali tərəfindən təsərrüfat məqsədi ilə istifadə olunması, meşələrin qırılması və azalması) yaşama sahələrinin deqradasiyasına gətirir).
Mühafizə tədbirləri
Hirkan Milli Parkının ərazisindəki areallarının vaxtaşırı monitorinqinin aparılması, parkdan kənardaki populyasiyaların nəzarətə götürülməsi.
Mənbə
Kateqoriya:Qıjıkimilər