Baxşeyiş Paşayev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur.
Döyüşlərdə iştirakı Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir. 1992-ci il iyul ayının 12-də erməni işğalçıları Xanabad kəndinə böyük qüvvə ilə hücuma keçmişlər. Əks hücumla döyüşçülərimiz başda Baxşeyiş Paşayev olmaqla düşmənin 7 postunu ələ keçirmiş, amma qəfil atılan düşmən gülləsi Vətənimizin bu cəsur övladının həyatına son qoymuşdur. O, döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.
Ailəsi Ailəli idi, doqquz övladı var.
Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
İstinadlar
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 237.
Xarici keçidlər Paşayev Baxşeyiş Xanəhməd oğlu Azərbaycan Milli Qəhrəmanları
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:Xocalı rayonunda vəfat edənlər Kateqoriya:Ağdam Şəhidlər Xiyabanında dəfn olunanlar Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları