Məzrə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Ти-флис, 1913.

Tarixi Rayon mərkəzindən 10–11 km qərbdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.183, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.164 qeyd edilmişdir.

Toponimi Toponim fars dilində "əkin sahəsi" mənasını bildirən məzrə sözündənƏrəb və fars sözləri lüğəti, Bakı, Azərb. SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.343 əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca sadə toponimdir. Ərəb dilində məzrə "düzən yerdə əkin yeri","suvarıla bilən əkin yeri" (sonralar məzrə əsasında yaranmış məntəqə) sözündəndir. Azərbaycanda Ordubad, Qubadlı və Cəbrayıl rayonlarında Məzrə kənd adları ilə mə’naca eynidir.

Əhalisi 1590-cı ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci illərdə Xoy və Salmasdan köçürülmüşdürHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.630.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri