Molla Məhəmməd (tam adı: Məhəmmədqulu Balaəli oğlu Əhmədov; ) — azərbaycanlı meyxanaçı.

Həyatı Erkən illəri 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb.

15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir.

Yaradıcılığı

Həbs olunması 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: "Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam. Tez xəstəxanaya çatdırın, yazıqdır, ölməsin". Məclis sahibi bir maşınla yaralını xəstəxanaya çatdırır. Başqa bir avtomobillə isə Molla Məhəmmədi aradan çıxarırlar ki, hüquq-mühafizə orqanları onu saxlamasınlar. Təxminən iki il meyxanaçı müxtəlif məclislərdə gizli şəkildə iştirak edir.

1984-cü ildə Ağasəlim Çildağla meyxana dediyi məclisdə milis əməkdaşları onu saxlayıb, həbs etdilər. Məhkəmənin qərarıyla ona yeddi il həbs cəzası verilir. Həbsxanada olduğu dönəmdə heç bir sənət yoldaşı nə onunla, nə də ailəsiylə maraqlanmayıb. Beş illik həbsxana həyatından sonra Molla Məhəmməd azadlığa buraxılır.

Ölümü 2010-cu ilin fevralın 23-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şəxsi həyatı Təsbeh həvəskarı idi. Müğənni Səxavət Məmmədovlə dost idi.

Musiqi repertuarı

İrsi Filmoqrafiya Bizim Cəbiş müəllim (film, 1969)

İstinadlar

Kateqoriya:Meyxanaçılar Kateqoriya:Bakıda doğulanlar