Avropa — 5 fevral 2000-ci ildən 2003-cü ilin sonlarınadək çap olunmuş həftəlik ictimai-siyasi qəzet. Təsisçisi və baş redaktoru Fəxri Uğurlu idi.
Tarixi Qəzet 2000-ci il fevral ayının 5-də Fəxri Uğurlu tərəfindən təsis edilmişdir. Fəxri Uğurlu eyni zamanda qəzetin baş redaktoru idi. İctimai-siyasi mövzulardan bəhs edən və həftəlik nəşr olunan qəzet 2003-cü ilin sonlarınadək çap olunmuşdur. Qəzet maliyyə problemlərinə görə fəaliyyətini dayandırmışdır.
İstinadlar
Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:İctimai-siyasi qəzetlər Kateqoriya:Nəşri dayanan qəzetlər Kateqoriya:Həftəlik qəzetlər