Anna Pollatou () — Yunanıstanı təmsil edən bədii gimnast.

Həyatı Anna Pollatou 1983-cü il oktyabrın 8-də Kefaloniya şəhərində anadan olub.

Karyerası Anna Pollatou 1999-cu ildə Yaponiyada baş tutan Dünya Çempionatında qrup turnirinin gümüş medalına sahib oldu. 1999-cu ildə isə Anna Pollatou Budapeştdə (Macarıstan) baş tutan Avropa Çempionatının qalib olub.

Anna Pollatou Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.

Uğurları Karyerası ərzində Anna Pollatou 2 dəfə Dünya Çempionatının, 3 dəfə isə Avropa Çempionatının qalibi olub.

Ölümü 2014-cü il mayın 17-də saat Varda şəhəri istiqamətində Anna Pollatounun idarə etdiyi avtomobil, qarşı tərəfdən gələn avtomobillə toqquşdu. Hadisə nəticəsində Anna Pollatou aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində öldü.

İstinadlar

Kateqoriya:Bədii gimnastlar 2000 Yay Olimpiya Oyunlarında Kateqoriya:2000 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Yunanıstan idmançıları Kateqoriya:Yunanıstanın olimpiya gimnastları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında gimnastlar