Sebastian Briqoviç (20 aprel 1992 Riyeka, Xorvatiya) — Xorvatiyalı dağ-xizək idmançısı. Sebastian Briqoviç Xorvatiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil edib. O, böyük slalom yarışları üzrə iştirak etmişdir.

Karyerası Sebastian Briqoviç birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Briqoviç 2:52.25 saniyəlik nəticəsi ilə 109 atlet arasında 34-cü yeri tutdu.

Mənbələr

İstinadlar

Kateqoriya:2014 Qış Olimpiya Oyunlarında dağ-xizəkçiləri