Ptiçi adası — Oxot dənizində yerləşən ada. Kamçatka yarımadasının qərb sahillərinə yaxın yerləşir. Coğrafiyası Ptiçi adası Xayryuzovoy çayının mənsəbindən şimal-qərbdə yerləşir. Ada 0,8 km uzunluğa, 0,35 km enə malikdir. Oxot dənizinin şimal-şərqində Kamçatka yarımadasından 7,6 km qərbdə yerləşir. İnzibati cəhətdən Kamçatka diyarı ərazisinə daxildir.
Tarix XX əsrin 20-ci illərinə qədər adalarda heç kəs yaşamamışdır. Ancaq sahildə yaşayan itelmenlər tərəfindən tez-tez ziyarət olunurdu. Bu barədə məlumatı V. N. Tyuşov (1897) vermişdir.
İstinadlar
Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Kamçatka diyarı adaları