Astola adası, həmçinin "Cəzirə Xaft Talar" () və ya "Yeddi təpə adası" — Ərəbistan dənizində, Pakistana məxsus olan, sahildən 25 km cənubda və Pasni şəhərindən 39 km cənub-şərqdə yerləşən ada. Ada Bəlucistan vilayətinin Pasni şəhəri, Qvadar dairəsi ərazisinə daxildir. Limandan adaya motorlu qayıqlarla 5 saata getmək mümkündür.

Coğrafiyası Astola Pakistanın sahilində yerləşən ən böyük adadır. Onun uzunluğu 6,7 km, maksimsl evi isə 2,3 km təşkil edir. Adanın sahəsi 6,7 km²-dir. Ən hündür nöqtəsi 75 metrdir.

Ada ərazisi bir platodur. 7 təpədən ibarətdir. Yerli adı olan "Xaft Talar" elə "yeddi təpə" mənasını verir. Adanın cənubun düzən eniş olduğu halda, şimalı dağlıq və sıldırımlıdır.

Tarixi Ada haqqında ən qədim məlumat Makedoniyalı İsgəndərin Fars körfəzi və Ərəbistan dənizi sahillərini tətqiq etmək məqsədilə Nearxı əraziyə göndərmişdir. O, bölgəyə b.e.ə 325-ci ildə gəlmişdir. Arrinan adanı "Nosala" adlandırmışdır

Bəlucistanın XX əsr coğrafi mənbələrində adanın hinduistlər arasında məşhur olması bildirilir və onları adanı "Satadiı" kimi tanıdıqlarını bildirilirdi.

Ekologiya Adanın təcrid vəziyyətdə olması onun ərazisində bir çox canlı növlərinin qorunub saxlanmasına imkan vermişdir. Buranın endemik canlılarından biri Asola gürzəsidir (). Adada nəsli kəsilmiş Yaşıl tısbağa və Biss tısbağalarının qalıqlarını aşkarlamaq mümkündür.

Burada yayılmış bitki növlərinin böyük hissəsi alcaq boylu bitkilərdir ən hündür ağac növləri isə Prosopis juliflora növünə aiddir. Adada şirin su mənbəyi yoxdur bu səbəbdən bitkilər ancaq yağış suları ilə qidalanır. Asola adasının ətrafında mərcan rifləri yayılmışdır.

Əhəmiyyəti 1982-ci ildə Pakistan hökuməti yaxınlıqdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək məqsədilə burada mayak inşa etmişdir. Artıq 1987-ci ildə mayak günəş batareyaları ilə işləyir.

Sentyabrdan maya qədər Astola adası materikdən gələn balıqçılar tərəfindən məskunlaşılır. İyundan avqusta qədər adada yaşayış olmur. Səbəb əlverişsiz hava şəraiti olur.

Adada kiçik məcid vardır. O bura gələn balıqçıların ibadətindən ötrü inşa edilmişdir. Üstəlik burada hindu məbədinin qalıqları vardır.

Ekoturizm Ada ekoturizm baxımdan məşhur olsa da burada minimalda olsa turizmə aid tikinti yoxdur. Turistər bura əsasən balıq tutmaq və dayvinq üçün gəlirlər. Burada üstəlik tısbağa koloniyalarına nəzarət edən məntəqə kimi yararlanılır.

Həmçinin bax Zəlzələ adası

İstinadlar

Kateqoriya:Pakistan adaları Kateqoriya:Ərəbistan dənizi adaları Kateqoriya:2007-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Asiyanın xüsusi mühafizə olunan əraziləri Kateqoriya:Dəniz qoruqları Kateqoriya:Kimsəsiz adalar