Sofiya Mixaylovna Rotaru (, ; ) — SSRİ, Rusiya, Ukrayna, Moldova pop müğənnisi, musiqiçi, kino və musiqi prodüseri, aktrisa, uğurlu iş adamı və moda yaradıcısı.
Rotarunu məşhurlaşdıran onun lirik səsi, mehriban qadın xarici görünüşü və qazandığı nüfuzudur. Onun karyerası Şərqi Avropada və keçmiş SSRİ-də musiqi səhnəsində cəsarətli addımları ilə müşayiət olunmuşdur. Mətbuat onu "Pop kraliçası" və "Bu bizim dünyamızdır!" adlandırmışdı.
1988-ci ildə keçmiş SSRİ-də pop-müğənnilər arasında "SSRİ Xalq artisti" adı almış ilk şəxs olmuş, 2000-ci ildə isə XX əsrin müğənnisi elan edilmişdi. Bu gün Sofiya Rotaru Ukrayna vətəndaşı, Krım və Yaltanın fəxri sakinidir. Sofiya Rotaru əsasən Yaltada yaşasa da , tez-tez Kiyevdə, Baden-Badendə və Moskva şəhərində də məskən salır.
Məşhur müğənni Ukrayna SSR-nin Xalq Artisti, Moldova SSR-nin Xalq Artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüş, Lenin Komsomolu mükafatı laureatı olmuşdur. O Moldovanın "Respublika Ordeni" ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər www.sofiarotaru.com
Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:Moldova müğənniləri Kateqoriya:SSRİ pop müğənniləri Kateqoriya:"Respublika" ordeninin kavalerləri (Moldova) Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Rusiya iş adamları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Ukraynanın iş adamları Kateqoriya:XXI əsr aktrisaları