thumb|Ob çayının hövzəsi|left Çarış (Çaraskk) — Rusiya ərazisindən axan çay. Çay Obun sol qolunu təşkil edir. Altay Respublikası və Altay diyarının ərazisindən axır. Coğrafiyası Çayın uzunluğu 547 km, su hövzəsinin sahəsi isə 22 200 km² təşkil edir.

Çay öz başlanğıcını Korqon silsiləsindən götürür. Yuxarı axarlarda ensiz və day yatağa sahibdir. Nisbətən düzənliklərdə isə yatağı genişlənir. Çayın yatağı boyunca aşağı doğru çoxlu astanalar müşahidə edilir. Mənsəbində Ust-Çarış Pristan kəndi yerlışir.

Çarış çayının sol sahilində, şimal hissədə, Tiqires Silsiləsində Çarıq mağarası qərarlaşır.

Su sərfiyyatı Yay ayları çayın aşağı axarlarında suyun temperaturu +20°, yuxarı axarlarda isə olduqca soyuq olur. Buzla örtülmə dövrü noyabrın sonlarından aprelin əvvəllərinə qədər davam edir. Çayın qidalanmasının əsasını qar suları təşkil edir. Orta su sərfiyyatı 192 m³/s təşkil edir. Aşağı axarları oktyabrın sonlarından donmağa başlayır, yuxarı axarlarda dekabrda donur. Bəzi hallarda martın sonlarından belə buzdan azad ola bilir.

Gursululuq dövrü aprel-iyul aylarına təsadüf edir. Gursululuq bitdikdən sonra çayış sularınln artması ilə əlaqədar su basmalar baş verə bilir. Maksimal səviyyəyə aprelin sonları çatır. Burada suyun səviyyəsi 5 metr qalxır. Yuxarı axarlarda isə suyun səviyyəsi cəmi 2,5 m qalxa bilir. Buzla örtüldüyü zaman buzun qalınlığı 1,5 metrə çata bilir.

Qollsrı 17 km: İstok çayı 62 km: Petlixa 68 km: Qusixa 69 km: Juravlixa çayı 84 km: Kalmanka çayı (68 km) 103 km: Yamışevka 114 km: Kabanova çayı 119 km: Borovlyanka çayı 125 km: Ermilixa çayı 164 km: Porozixa (82 km) 182 km: qolun adı yoxdur 204 km: Komarixa çayı 212 km: adsız 225 km: adsız 228 km: Krivuxa 233 km: Loktevks (111 km) 265 km: Kukuyka çayı 266 km: Talovka çayı 283 km: Berezovka 292 km: Xolodnıy Klyuç 305 km: Kamışınka çayı 310 km: Suetka çayı 318 km: Maralixa çayı (108 km) 335 km: Belaya çayı (157 km) 346 km: İnya çayı (110 km) 355 km: Çaqir çayı 380 km: Sosnovka çayı 380 km: Tulata çayı 392 km: Bıstraya çayı 397 км: Çala çayı 408 km: Başelak (71 km) 421 km: Aba çayı 425 km: Tyoplaya çayı 431 km: Kedrovaya çayı 433 km: Sentelek 441 km: Kiçik Tatarka 446 km: Böyük Tatarka 447 km: Belaya çayı 457 km: Vorvskaya 460 km: Korqon çayı 468 km: Kumir çayı (66 km) 469 km: Plesovçix 477 km: Erqol 478 km: Çeça (Oqoy) 481 km: Talisa çayı 492 km: Böyük Kaysın 497 km: Topquçan 499 km: Kozul çayı 505 km: Kuterqen 506 km: Kan çayı 511 km: Yabaqan 530 km: Turqunsu 532 km: Kuçkur

Yaşayış məntəqələri Çarışın axarı boyunca olan yaşayış məntəqələri: Beloqlazovo, Ust-Kan, Çarışskoe, Krasnoşyoekovo, Ust-Kalmaka.

Canlılar aləmi Hövzəsindəki ərazinin meşərlə örtülməsi bir çox calıların məskunlaşmasına səbəb olur. Burada ayı, tülkü, kirpi, csnavar, dovşan, maral, sığın, dələ, quşlardan bayquş, kəklik, turac kimilərini görmək olur. Suları isə balıqlarla zəngindir. Sahillərində müxtəlif növ göbələklər, şam, küknar, tozağacı və s. bitir

Faydalı qazıntıları Çarım çayının axdığı dağlar zəngin yataqlara sahibdir. Burada dəmir filizi və polimetallar vardır. Üstəlik qiymətli Yaşma daşı mövcuddur. Hətta əvvəllər Staro-Çaqır və Novo-Çaqır yataqları fəaliyyət göstərmişdir. Naviqasiya Ust-Kalmanka kəndindən 80 km yuxarıya doğu kiçik paraxodlarla hərəkət mümkündür. XIX və XX əsrlərdə Çarış mühüm çay nəqliyyatına sahib olmuşdur. Buradan taxıl və kənd təsərrüfatı malları axar boyunca daşınırdı. Burada XX əsr ortalarında yataq dərinləşdirmə tədbirləri həyata keçirilirdi. Hətta Zarya tipli teploxiflar asanlıqla hərəkət edə bilirdi. Hazırda naviqasiya yovdur.

Turizm Çarış çayı boyunca yerləşən dağ dərələrində çoxlu ssyda mağaralsr vardır. Bu mağaraların çoxubda qədim insanlar yaşamışdır. Ust-Kan kəndi yaxınlığında qədim insanların yaşadığı düşərgə tapımışdır. Su turizmi Çarış çayı adrinalin həvəskarlarını özünə gəlb edir. Belə ki, burada astanakarın çoxluğu qayıqla bu iti axarlı sularda hərəkət edən idmançılar üçün əlverişlidir. Kumir — Çarış — Korqon — Çarış çətinliyimə görə beşinci kateqoriyaya aiddir. Çarış çayının özü 2 kateqoriyaya sid edilir.

Mənbə Чарыш. Притоки и истоки. Çarış rayonunun saytı. Жукова О. Н., Безматерных Д. М. Зообентос водотоков бассейна верховьев Чарыша и его роль в питании рыб // Мир науки, культуры, образования. — 2008. — № 5 (12). — С. 35-39. İstinadlar

Kateqoriya:Rusiya çayları