Rey Hiquçi (d. 28 yanvar 1996) — Yaponiyanı təmsil edən sərbəst güləşçi. Rey Hiquçi 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etmiş və yarışların gümüş medalını qazanmışdır.
Karyerası Rey Hiquçi 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə Koreya Xalq Demokratik Respublikası güləşçisi Yang Kyong-İli 12:2, ikinci görüşdə Belarus güləşçisi Əsədulla Laçinaunu 10:0, üçüncü görüşdə Kuba nümayəndəsi Yovlis Bonneni 8:4, dördüncü görüşdə isə İranlı Həsən Rəhimini 10:5 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Rey Hiquçi Gürcüstan güləşçisi Vladimir Xinçeqaşviliya gərgin görüşün yekununda 3:4 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Həmçinin bax Yaponiya 2016 Yay Olimpiya Oyunlarında
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Yaponiya idmançıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Yaponiya idmançıları Kateqoriya:2024 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları