Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai–siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı.

Tarixi 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az

"Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır.

2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.

İstinadlar

Həmçinin bax Ayna TV Zerkalo (qəzet)

Xarici keçidlər Elçin Şıxlı "Ayna"nı bərpa etdi "Ayna" qayıtdı

Kateqoriya:Bakı qəzetləri Kateqoriya:Azərbaycan dilində qəzetlər Kateqoriya:1990-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Həftəlik qəzetlər