() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Görünüşü Bədəninin uzunluğu 58 sm, qanadları arasında məsafə 125 sm. Başının ətrafları, boynu, aşağı hissəsi, həm də quyruğu ağ, qanadlarınln üzəri və bel hissəsi qara olur. Ayaqları sarıdan zeytuni-yaşıl rəngə qədər dəyişir.
Yayılması Cənubi Amerikanın cənub sahillərindən tutmuş, Cənubi Afrika sahillərinə, Yeni Zelandiya və Subantarktik qurşada yerləşən adalarda yayılmışdır. Bu yeganə qağayı növüdüe ki, Antarktik yarımadasında yuva qoyur. Yuvanı əsasən balıqqulağı, sümük və otlardan hazırlanmış yuvalarda yumurta qoyurlar. 4 ay qırt yatırlar. 2–3 olmaqla yumurta qoyurlar.
Qidalanması Dominikan qağayısı ilbiz və digər quşların balaları ilə qidalanır.
Argentinanın Valdes yarımadası yaxınlığında son 30 ildə Cənub balinası ilə qidalanır. İlk əvvəllər Dominikan qağayısı balinanın üzərində olan parazitlər və qocalmış dərilərlə qidalanırdılar. Hazırda isə onlar artıq balinaların sağlam dərilərini qopararaq yerirlər. Bu isə balinaların daim hərəkətdə olmasına səbəb olur. Xüsusi ilə balalı balinalar bundan böyük əziyyət çəkirlər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cənubi Afrika quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Antarktida quşları Kateqoriya:1823-cü ildə təsvir edilən quşlar