thumb|300x300px|Rəşad Sadıqov 110 matç ilə Azərbaycan yığması üçün ən çox meydana daxil olan futbolçudur.

Azərbaycan milli futbol komandası — Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra müstəqilliyini elan edən Azərbaycanı 1992-ci ildən bəri beynəlxalq arenada təmsil edən futbol komandası. Bundan əvvəl, azərbaycanlı futbolçular SSRİ milli futbol komandasını təmsil edirdi. Azərbaycan yığması ilk rəsmi beynəlxalq matçını 17 sentyabr 1992-ci il tarixində, qonşu ölkə olan Gürcüstana qarşı yoldaşlıq oyunu olaraq oynamışdır. Oyun 6–3 məğlubiyyətlə nəticələnmişdir. Komanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən idarə olunur və 1994-cü ildən Avropa ölkələrini, eləcə də İsraili əhatə edən Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) bir üzvü olaraq rəqabət aparır. Yığma həmin il FIFA-ya da qoşulmuşdur. 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Azərbaycan yığması debüt etdiyi gündən bəri 242 beynəlxalq oyun keçirmişdir. Onlarda 47-i qələbə, 66-sı heç-heçə, 129-u isə məğlubiyyət ilə nəticələnmişdir. Azərbaycan milli futbol komandası ən çox Moldova və Özbəkistan yığmaları oynamışdır ki, onlar bir-birləri ilə 10 dəfə qarşı-qarşıya gəlmişdir. Qlobal və kontinental turnirlərə gəldikdə, Azərbaycan 1994-cü ildən bəri FIFA Dünya Kubokunun təsnifat mərhələsində, 1996-cı ildən bəri isə UEFA Avropa Çempionatının təsfinat mərhələsində rəqabət aparır, lakin komanda hər iki turnirin finalında çıxış edə bilməyib.

Müdafiəçi Rəşad Sadıqov Azərbaycan millisində ən çox oyun keçirmiş futbolçudur və Azərbaycanı təmsil edən yeganə futbolçudur ki, 100-dən çox beynəlxalq matçda meydana daxil olsun. 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Sadıqov 2001-ci ildə İsveçə qarşı keçirdiyi debüt oyunundan bəri Azərbaycan yığması üçün 110 dəfə meydana daxil olmuşdur. O, Azərbaycan milli futbol komandasındakı son matçını 2017-ci ildə oynamışdır. Beynəlxalq futbol karyerası dövründə 66 dəfə meydana daxil olan Qurban Qurbanov 12 qol ilə Azərbaycan milli komandasının bombardiridir. Bundan savayı, o, 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Azərbaycanı təmsil edərkən 10 və ya daha çox qol vurmuş yeganə futbolçudur.

Azərbaycan yığması üçün 25 dəfə meydana daxil olan ilk futbolçu Tərlan Əhmədovdur. O, 25-ci oyununu 2 aprel 1997-ci il tarixində, Finlandiyaya qarşı keçirmişdir, hansı ki, 2–1 məğlubiyyət ilə nəticələnmişdir. Tərlan Əhmədov futbol karyerasını beynəlxalq 74 matçda meydana daxil olduqdan sonra sonlandırmışdır. O, milli komandada ən çox oyun keçirmə rekordunu 2007-ci ilə qədər qoruyub saxlaya bilmişdir. Onun rekordunu qıran futbolçu futbol karyerasıa son qoymazdan əvvəl milli komandada 78 dəfə çıxış etmiş Aslan Kərimovdur. Rəşad Sadıqov 2012-ci ilin sentyabr ayında bu rekordu qırmış, 2015-ci ilin oktyabr ayında isə Azərbaycan üçün 100-cü dəfə meydana daxil olmuşdur.

Siyahı Keçirilən oyunlar və vurulan qollar FIFA Dünya Kuboku, UEFA Avropa Çempionatı, onların təsnifat mərhələləri, eləcə də beynəlxalq yoldaşlıq turnirləri və oyunlarından təşkil olunmuşdur. Futbolçular keçirdikləri oyunların sayına görə sıralanmışdır. Keçirilən oyun sayları bir-birlərinə bərabərdirsə, əlifba sırası əsas götürülür. Statistika 25 mart 2019-cu il tarixində oynanılan matça əsasən yenilənmişdir.

Qeyd: Azərbaycan FIFA tərəfindən beynəlxalq səviyyədə matç kimi tanınmayan, ancaq AFFA tərəfindən belə tanınan üç oyun keçirmişdir. Keçirilən bu oyunlar aşağıda verilən siyahıya yerləşdirilməmiş, bu oyunda meydana çıxan futbolçular isə qeyd edilmişdir. Bu matçlar:

8 iyun 1993-cü il tarixində Qazaxıstan U-21 komandasına qarşı keçirilən oyun. 20 fevral 1996-cı il tarixində Kiprin start heyətinə qarşı keçirilən oyun FIFA tərəfindən Kiprin rəsmi milli futbol komandası kimi tanınmır. 8 avqust 2002-ci il tarixində İran U-23 komandasına qarşı keçirilən oyun.

Legenda*Milli komanda üçün hələ də aktivdir = Keçirilən oyun sayı bərabər olan futbolçuGKQapıçıDFMüdafiəçiMFYarımmüdafiəçiFWHücumçu

thumb|right|Qurban Qurbanov 12 qol ilə Azərbaycan millisinin bombardiridir. thumb|right|Aslan Kərimov Azərbaycanı təmsil edərkən 78 dəfə meydana daxil olmuş və 2007–2012-ci illərdə öz rekordunu qoruyub saxlamışdır.

+ Azərbaycan milli futbol komandasında ən azı 25 oyun keçirmiş futbolçular№AdMövqeMilli komanda karyerasıOyunQol Qeydlər * DF 2001–2017 110 5İranın U-23 komandasına qarşı FIFA tərəfindən tanınmayan oyunda meydana daxil olmuşdur. * GK 2008–2018 79 0 DF 1994–2008 78 0RSSSF Aslan Kərimovun adına bir qol qeyd edir, lakin digər bütün mənbələr həmin qolun müəllifinin Kənan Kərimov olduğunu qeyd edir.Kiprin start heyətinə qarşı FIFA tərəfindən tanınmayan oyunda meydana daxil olmuşdur. * DF 2004–2014 76 4 DF 1992–2005 73 0 MF 1994–2008 70 1 FW 1992–2005 66 12Qazaxıstanın U-21 komandasına qarşı FIFA tərəfindən tanınmayan oyunda meydana daxil olmuşdur. DF 1992–2005 65 1 * FW 2004–2015 61 4 * MF 2007–2018 60 3 * FW 2006–2014 58 9* DF 2009–2018 56 4* DF 2009–2019 55 3 =* MF 2006–2012 54 0* MF 2008–2018 54 2 MF 2000–2008 51 3 * MF 2013–2019 50 0 * FW 2010–2018 47 7 =* DF 2004–2010 46 0 MF 2000–2005 46 0 MF 1995–2001 45 4 MF 2000–2007 44 0 DF 1993–2002 43 0 =* MF 2010–2018 40 5* DF 2004–2011 40 0* FW 2007–2013 40 7 MF 1997–2008 40 6= MF 1993–1999 39 3* FW 2014–2019 39 6 * DF 2008–2014 38 0=* DF 2012–2019 37 0* MF 2008–2017 37 7 MF 1992–2001 35 5 = FW 1997–2007 34 4 FW 1993–1998 34 4 GK 1998–2007 34 0 FW 1999–2004 34 2 DF 1998–2004 34 0 =* MF 2008–2019 33 3 FW 1998–2007 33 5 GK 1992–2005 33 0* GK 2006–2010 32 0 = MF 2004–2014 30 0* DF 2004–2018 30 1 MF 1997–2004 29 0= MF 1997–2003 28 0* DF 2008–2013 28 0 DF 2007–2011 28 0 * MF 2010–2015 26 0 = DF 2000–2006 25 0 FW 2002–2006 25 3* FW 2015–2018 25 1

Həmçinin bax Futbol üzrə Azərbaycan yığmasının oyunları

Qeydlər

İstinadlar

* Kateqoriya:Azərbaycan siyahıları