Pəncəli Nurməhəmməd oğlu Teymurov () — Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı (2025); Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri iştirakçısı. O, Aprel döyüşlərində həlak olmuşdur.

Həyatı Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. O, toyunda özünə "şəhidliyin qismət olmasını" arzu etmişdir və bu səbəblə də tanınmışlıq qazanmışdır.

Hərbi xidməti Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları — Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak etmiş və 3 aprel 2016-cı ildə döyüşdə həlak olmuşdur.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi.

11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib."İgidliyə görə" medalı almış gizirimiz Pəncəli dəfn edildi

Xatirəsi 2020-ci ildə çəkilmiş "Anamın kitabı" serialının bir səhnəsində onun xatirəsi yad edilmişdir. Aprel döyüşlərinin iştirakçısı Pəncəli Teymurovun büstü açılıb. Siyəkü kənd Boks məktəbi adını daşıyır. Pəncəli Teymurovun adı gəmiyə verilib.

Mükafatları 50px — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı 50px — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 50px — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı 50px — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı 50px — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı 50px — "İgidliyə görə" medalı 50px — "Vətən uğrunda" medalı (ölümündən sonra) 50px (7 noyabr 2025) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Vətən uğrunda" medalı ilə təltif edilənlər Kateqoriya:"İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Aprel döyüşlərində Azərbaycan tərəfdən həlak olanlar