Katarina Beresova (10 oktyabr 1987, Trebişov, Slovakiya) — Slovakiyalı marafonçu. Katarina Beresova Slovakiyanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Katarina Beresova həm də 2015-ci ildə Bakıda baş tutan I Avropa Oyunlarında gümüş medal qazanıb.

Karyerası Katarina Beresova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 11 saniyəyə qət edərək 118 marafonçu sırasında 99-cu yeri tutdu.

Katarina Beresova növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 50 dəqiqə 54 saniyəyə qət edərək 157 marafonçu sırasında 107-ci yeri tutdu.

Mənbələr İstinadlar

Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2015 Avropa Oyunlarında atletlər