Vasili Nikolayeviç Bakşeyev () — sovet rəssamı. Peterburq Rəssamlıq Akademiyasının akademiki (1913). SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947). SSRİ xalq rəssamı (1956). Həyat və yaradıcılığı Vasili Bakşeyev 24 dekabr 1862-ci ildə Moskvada anadan olmuşdur. 1877—1888-ci illərdə A.K.Savrasov, V.D.Polenov və başqalarından dərs almışdır. Realist rəssamlar Birliyinin (1927—1931) təşkilatçılarından olmuşdur. Erkən yaradıcılığı son peredvijnikçilik ənənələri ilə bağlı idi. ("Gündəlik həyat" 1892—1893, "Evə qayıtma" 1898; hər ikisi Tretyakov qalereyasındadır). Vasili Bakşeyevin əsərlərinə əzəli lirik əhvali-ruhiyyə xasdır. ("Göyərçinlərə dən verən qız" (1887). Onlardakı bədiilik bir çox hallarda Polenovdan mənimsənilmiş plener vərdişləri ilə şərtləndirilir. Bu, bütün həyatı boyu onun yaradıcılığının əsas janrı olmuş peyzajda özünü daha qabarıq büruzə verir. ("Payız şəfəqləri", 1916, "Mavi bahar", 1930, "Tutqun səhər", 1945). Bakşeyevin "Moskva ətrafında" (1933) və "Yay günü" (1948) tabloları Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Mənbə Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı, 2011. səh 86. Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:RSFSR əməkdar incəsənət xadimləri Kateqoriya:XIX əsr Rusiya rəssamları Kateqoriya:Rusiya imperiyası rəssamları
Źródło i licencja
Na podstawie: Wikipedia — Vasili Bakşeyev · historia autorów.
Tekst: CC BY-SA 4.0.
Informacja o opracowaniu
Usunięto składnię wiki i szablony; dłuższe teksty skrócono.