Ülviyyə Sultan (, ) və ya Ülviyyə bin Əbdülhəmid xan (, ; ) — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin ilk xanımı Nazikəda Qadınəfəndidən olan yeganə övladı və ilk qızı. Ülviyyə Əbdülhəmidin sevimli qızı idi. O, təxminən 7–9 yaşlarında ikən bir yanğında ölmüşdür.

Həyatı Ülviyyə Sultan 1864 və ya 1868-ci ildə Konstantinopoldakı (indiki İstanbul) Dolmabağça sarayında anadan olmuşdur. Anası Əbdülhəmidin ilk xanımı olan çərkəzəsilli Nazikəda Qadınəfəndidir. Ülviyyə Nazikəda Qadınəfəndinin yeganə övladı idi, lakin onun ümumilikdə ən azı 16 qardaşı və bacısı var idi. Mənbələr onun Əbdülhəmidin ən sevimli qızı olduğunu bildirir; Ülviyyə zahirən çox gözəl uşaq olaraq təsvir edilmişdir: "çox şirin, çox ağıllı, yaşına görə çox gözəl qız idi… qaragözlü, uzun kirpikli, ağdərili, çəhrayı yanaqlı olan o, bir mələk kimi idi".

Türkiyə tarixçisi qızın 7 yaşında ikən saray təhsili almağa başladığını bildirmişdir. Bir gün dərsdən sonra Ülviyyə həmin vaxt musiqi ifa edən anasının otağına gedir. Nazikədanın otağındakı masanın üzərində kibrit vardı və görünür ki, Ülviyyə bunları yoxlamağa qərar vermişdi. Onun uzun qıvırcıq saçları və açıq tül paltarı bir anda alovlanmışdır. Qızının qışqırtısını eşidən Nazikəda ona tərəf qaçmış, lakin qızına kömək edə bilməmişdir. Akademik hadisə vaxtı Ülviyyənin 8 yaşında olduğunu qeyd etmişdir. Tarixçi Çağatay Uluçay isə bildirir ki, hadisə vaxtı Nazikəda qızını yerə atmağı bacarmış, bu səbəbdən qadının özü də üzündən, sinəsindən və əllərindən yanıqlar almış, amma qızını xilas edə bilməmişdir. Döşəmədəki xalçaların alovlanması vəziyyəti daha da pisləşdirmişdir. Həkimlər, xidmətçilər və Pərtəvniyal Sultan Nazikədanın qışqırtısına qaçaraq otağa gəlmişdirlər. Uluçay qeyd edir ki, yanğın namaz xalçasının vasitəsilə söndürülmüş, lakin Ülviyyənin yanıqları çox ağır olduğuna görə o, vəfat etmişdir. Hadisə vaxtı dənizdə olan Əbdülhəmid qızının ölüm xəbərini öyrənərək böyük kədər yaşamışdır. Uluçay həmçinin, sultanın sevimli övladının öldüyünü öyrənən vaxt özünü itirdiyini qeyd etmişdir. Digər bir mənbəyə görə, Ülviyyə son nəfəsində gözlərini açaraq sonuncu dəfə atasına baxmış və "ata" deyərək vəfat etmişdir. Elə ki, Əbdülhəmid 13-cü uşağı Xədicə Sultan 8 aylıq ikən öldüyündə də eyni kədəri təkrar yaşamış, onun adına inşa etdirmişdir. Saray nədimələrindən Leyla Açbanın qeyd etdiklərinə görə, Nazikəda xanımın da qızına qarşı olan üzüntüsü heç vaxt bitməmiş, hər axşam yatağında "Arslanım Ülviyyəm" deyə göz yaşlarına boğulmuşdur. Cəmilə Sultanın yetiştirməsi Rümeysa Aredba isə xatirələrində Nazikəda xanımın yaşadığı tərifi olmayan iztirabı Cəmilə Sultanın dilindən bu formada təsvir etmişdir: "Övlad acısı başqadır, övladını itirdi və fani həyatın bütün zövqlərindən və səfasından əlini ətəyini çəkdi. O zavallı qızımı gördükcə elə bədbəxt oluram.". Padşahın digər ailə üzvləri də hadisədən kədərlənmişdir. Ailəsi oxşar bir hadisənin daha əvvəl də yaşandığını xatırlatmışdır; belə ki, II Mahmudun bir yaşındakı qızı Əminə Sultan da yanğında vəfat etmişdir.

Ülviyyənin dəqiq vəfat tarixi bilinmir, həmçinin Nəcdət Sakaoğlu Əbdülhəmidin digər bir qızı Aişə Sultanın açıqlamasına əsaslanaraq hadisənin 1875-ci ildə Konstantinopolda baş verdiyini bildirmişdir. Çağatay Uluçay və digər mənbələr də eyni versiyanı qəbul etmişdir. Yılmaz Öztuna qızın dəqiq vəfat tarixinin 5 noyabr 1875-ci il olduğunu bildirmişdir. Bundan başqa, mənbələr qızın vəfat tarixini 29 noyabr 1870 və ya 1872-ci il kimi də təqdim edirlər. Ülviyyə Sultan İstanbuldakı Yeni məscidin məqbərələrindən birində dəfn edilmişdir. Uluçay dəfn yerini "Cedit türbəsi", Öztuna isə "V Murad türbəsi" olaraq qeyd etmişdir. Anası Nazikəda da daha sonra buraya dəfn edilmişdir.Peirce, Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5

Aişə Sultan öz xatirələrində atası Əbdülhəmidin Ülviyyə barədə bunları dediyini yazır:

Mənbələr

İstinadlar

Ədəbiyyat

Peirce, Leslie P.. The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire, Oxford University Press, 1993, ISBN 0-19-508677-5 (kağız nüsxəsi) Bahadıroğlu, Yavuz. Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (qalın cild) Osmanoğlu, Aişə. Babam Sultan Abdülhamid. İstanbul: Timaş. 2021. səh 260. ISBN 9786050812022

Kateqoriya:1860-cı illərdə doğulanlar Kateqoriya:1870-ci illərdə vəfat edənlər Kateqoriya:Osmanlı sultanlarının qızları Kateqoriya:Yanğından ölənlər Kateqoriya:İstanbulda dəfn olunanlar