Aydın Balamirzə oğlu Məmmədov () — Azərbaycan tarixçisi, demoqraf alim, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Tarix fakültəsinin "Mənbəşünaslıq, Tarixşünaslıq və metodika" kafedrasının dosenti
Həyatı Aydın Məmmədov 1967-ci ildə Sumqayıt şəhərində anadan olub.
1975–1983-cü illərdə Sumqayıt şəhəri 10 nömrəli tam orta məktəbdə təhsil almış, buranı əla qiymətlərlə bitirmişdir.
1983-cü ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Məktəbinə daxil olmuş, 1987-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1987–1989-cu illərdə orduda xidmət etmişdir.
1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin, tarix fakültəsində təhsil almışdır və oranı fərqləmə diplomu ilə bitirmişdir. Aydın Məmmədov Universitetdə əla qiymətlərlə oxuduğuna görə Karl Marks (sonradan A.Bakıxanov) adına təqaüdə layiq görülmüşdür.
Elmi fəaliyyəti 1994–1997-ci illərində Sumqayıt Dövlət Universitetində və müxtəlif hazırlıq kurslarında əmək fəaliyyəti ilə məşğul olub.
2001-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində müəllim, baş müəllim, daha sonra dosent kimi çalışır.
2006–2011-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında dissertantura təhsili almışdır.
2013-cü ildə 5509.01 – "Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat metodları" ixtisası üzrə "Almaniyanın XIX əsrin sonu — XX əsrin əvvəllərində Türkiyə siyasəti və onun tarixşünaslığı" mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2019-cu ildə Aydın Məmmədovun müəllifi olduğu Azərbaycan dilində olan ilk "Tarixi demoqrafiya" dərsliyi nəşr olunmuşdur. Tarixi demoqrafiya. Dərslik. Bakı, 2019 [PDF] Elə həmin ildə, A.Məmmədov Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunmuşdur.
2020-2025-ci illərdə BDU-nun Tarix fakültəsində 5509.01 – “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə elmlər doktoru proqramı üzrə doktorantura pilləsində təhsil almışdır. “XX əsrin II yarısı – XXI əsrin əvvəllərində Azərbaycan və Rusiya tarixşünaslığında tarixi demoqrafiyanın aktual məsələləri” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqat aparır.
2025-ci ilin aprelin 9-11-da Türkiyənin İzmir və Eskişehir şəhərlərində keçirilmiş panel konfranslarda məruzələr edərək XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi sənədlər və arxiv materialları əsasında təhlilini aparmışdır.BDU-nun dosenti Aydın Məmmədov Türkiyədə keçirilən panel konfranslarda iştirak etmişdir.
Bakı Dövlət Universitetində müntəzəm olaraq müxtəlif mövzularda, o cümlədən "Tarix elmində riyazi metodlardan istifadənin elmi xüsusiyyətləri və əhəmiyyəti" mövzusunda elmi seminarlar aparır.BSU Hosts Seminar on the Role of Mathematical Methods in Historical ScienceTarix fakültəsində "Elm günü"nə həsr olunmuş elmi seminar keçirilmişdir.
100-ə yaxın elmi məqalənin, 4 dərslik və dərs vəsaitinin müəllifidir.AYDIN BALAMİRZƏ OĞLU MƏMMƏDOV - history.bdu.info.az
Tədris etdiyi fənlər Aydın Məmmədov bir neçə fənn üzrə Azərbaycan, rus və ingilis dilində tədris aparır.
Bakalavr üzrə: Tarixşünaslıq; Tarixi demoqrafiya; Mənbəşünaslıq Tarixi tədqiqat metodları; Tarixin tədrisi metodikası; Tarixi tədqiqatlarda riyazi metodlar.
Magistratura üzrə:
A.Bakıxanov Azərbaycan tarixşünaslığının banisi kimi Mirzə Kazımbəyin tarixi görüşləri Azərbaycanın ictimai-siyasi fikir tarixində milli dövlətçilik məfkurəsi XIX əsrdə Azərbaycanda tarixi fikrin inkişafı Azərbaycan tarixinin öyrənilməsində mənbələrin rolu Tarix elminin tarixi və metodologiyası Tarixin tədrisi üsulları və onun istiqamətləri Tədqiqat analitikası Azərbaycanda təhsil islahatı və Boloniya sistemi.
Tədqiqat sahəsi Azərbaycan və Rusiya tarixşünaslığında tarixi demoqrafiyanın aktual məsələləri.
Seçilmiş əsərləri thumb|250px|Aydın Məmmədovun "Tarixi demoqrafiya" dərsliyi. Bakı, 2019
Elmi məqalələr
Azərbaycan dilində Almaniyanın Osmanlı imperiyasına müdaxiləsinin iqtisadi-siyasi kökləri alman-rus tarixşünaslığı kontekstində // Tarix və onun problemləri, № 3, 2006, s. 348-354. XIX əsrin sonu XX əsrin əvvəllərində Almaniyanın Türkiyəyə müdaxiləsi və alman-ingilis ziddiyyətləri rus-alman tarixşünaslığında // ADPU "Xəbərlər" Humanitar elmlər seriyası № 1, 2004, s.495-503. XIX əsrin sonu–XX əsrin əvvəllərində Almaniyanın Türkiyədə möhkəmlənmək cəhdləri və rus-alman ziddiyyətləri rus-alman tarixşünaslığında. "Tarix və onun problemləri", № 1, 2007, s. 353-359. Alman kapitalının Anadolu və Şərq dəmir yollarının-Bağdad dəmir yolunun çəkilişində iştirakı alman və rus tarixşünaslığında. "Tarix və onun problemləri", № 3, 2007, s. 400-412. XIX əsrin sonu–XX əsrin əvvəllərində Almaniyanın Türkiyə ilə apardığı ticarət siyasəti alman və rus tarixşünaslığında. "Tarix və onun problemləri" jurnalı. B., № 1- 2. 2008 s. 396-410. XIX əsrin sonu — XX əsrin əvvəllərində Almaniyanın Türkiyəyə maliyyə yatrımları alman və rus tarixşünaslığında // Tarix və onun problemləri, № 1–2, 2009, s.450-464. XIX əsrin sonu — XX əsrin əvvəllərində Almaniyanın Türkiyəyə dair bank-kredit siyasəti alman və rus tarixşünaslığında // Tarix və Onun problemləri Bakı, 2013 № 2 s.346–351. Azərbaycan xalqının qədim inancları tarixi tədqiqatlarda. Tarix və onun problemləri N3, səh.267–272, 2015. Tarix fənninin tədrisində incəsənətlə tərbiyə. Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası), N3, 2015, s.123-128. Azərbaycan Tarix Fənninin Tədrisində İncəsənətlə Tərbiyə. Akademik Tarih ve Düşünce Dergisi Cilt:IV/Sayı:XI/Mayıs /MMXVII s.199–206. ABŞ tarixinin tarixşünaslığı fənninin proqramı. Bakı 2016. Программа Историографии по истории США., БГУ, 2016. Xalqımızın Novruz bayramı ilə bağlı inancları. Tarix və onun problemləri № 2, 2016, s.327–331. Azərbaycan xalqının Günəş kultuna dair inancları. Tarix və onun problemləri № 1, 2017, s.270-275. Azərbaycan xalqının qədim inanc, adət və mərasimlərində demoqrafik baxışlar. Tarix və onun problemləri № 1, 2018, s.344–349. Azərbaycan xalqının daşla bağlı inanclarında tarixi demoqrafiya məsələləri. GeoStrategiya № 02 (44) mart-aprel, 2018 il, s. 37–40.Azərbaycan xalqının daşla bağlı inanclarında tarixi demoqrafiya məsələləri , Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin əsərlərində tarixi demoqrafik baxışlar. Tarix və onun Problemləri № 2, 2018, s.51–57 Tarixi demoqrafiya proqramı // Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası Bakalavr seviyyəsi üçün Tarix fakültəsinin Tarixçi — 050206 üzrə İPF-B01. Bakı. 2018 Azərbaycan xalqının qədim ailə institutu milli adət və inanclar sistemində // AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Elmi Əsərlər №1(6), 2018. s. 80–87 Azərbaycan xalqının Günəşlə bağlı folklor nümunələrində tarixi demoqrafiya məsələləri. //AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Elmi Əsərlər N2(7), 2018. s. 18–23. Azərbaycan xalqının təbiətlə bağlı inanclarında tarixi demoqrafiya məsələlərinin tədqiqi // Tarix və onun problemləri, № 3, 2018, s.316–321. İbn Xəldunun tarixi-demoqrafik baxışları. Tarix və onun problemləri, № 4, 2018, s.269–272. Azərbaycan tarixşünaslığında xalqımızın islamqədərki dəfn mərasimlərində tarixi demoqrafik məsələlərin tədqiqi. Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası) № 3, 2018, s.78–85. Tarixi demoqrafiyanın aktual məsələlərinə dair. Tarix və onun problemləri № 1, 2019. s.269–275. İbn Sinanın tarixi-demoqrafik baxışları. Tarix və onun problemləri № 2, 2019. s.382–386. Azərbaycan xalqının ağac və bitkilərlə bağlı qədim inanc, adət və mərasimlərində demoqrafik baxışlar."Folklorşünaslıq" beynəlxalq elmi-nəzəri jurnal, 2019. s.37–43. Antik dövr mütəfəkkir və alimlərinin demoqrafik baxışları. Tarix və onun problemləri, 2019, № 3, s.357–361. Azərbaycanın 20–30-cu illər tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Tarix və onun problemləri, 2019, № 4, s.270–275. Azərbaycanın qədim və orta əsrlər şəhər və əhalisi tarixi mənbələrdə. Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası), № 2, 2019, s.101–106. Azərbaycanın 20–30-cu illər tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası), № 3, 2019, s.109–116. Azərbaycan xalqının su ilə bağlı qədim inanc, adət və mərasimlərində tarixi-demoqrafik baxışlar. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Elmi Əsərlər N2(9), 2019. s. 26–32. Azərbaycan folklorunda ana ilə bağlı nümunələrdə tarixi-demoqrafiya məsələləri. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Elmi Əsərlər N1 (10) yanvar-iyun, 2020. s. 36–41. XIX əsrdə Azərbaycanda cərəyan edən siyasi proseslərin demoqrafik vəziyyətə təsiri. Dünya azərbaycanlıları: tarix və müasirlik (elmi-nəzəri toplu), VII buraxılış, Bakı, "Füyuzat", 2020, s.91–97. Aydın Məmmədov. XIX əsrdə Azərbaycanda cərəyan edən siyasi proseslərin demoqrafik vəziyyətə təsiri // Dünya azərbaycanlıları: tarix və müasirlik. (Elmi-nəzəri toplu). VII buraxılış. Bakı, "Füyuzat" nəşriyyatı, 2020, 222 səh] Azərbaycan xalqının Vətənin müdafiəsi və ananın yenilməzliyi ilə bağlı inanclar sistemində tarixi demoqrafiya məsələləri. Dünya azərbaycanlıları: tarix və müasirlik (elmi-nəzəri toplu), VII buraxılış, Bakı, "Füyuzat", 2020, s. 141–148. Azərbaycan xalqının daşla bağlı inanclarında şəhid ruhlarına ehtiram və nəsil artımı ilə bağlı tarixi demoqrafik baxışlar. Tarix və onun problemləri, Bakı, 2020, Xüsusi buraxılış, s.113–119. Azərbaycan 40–50-ci illər tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Tarix və onun Problemləri, 2021, N1, s.165–168. Azərbaycanın XX əsrin ikinci yarısı tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Humanitar və ictimai elmlər üzrə III Beynəlxalq Elmi konfransın materialları, Bakı, 2021, s.16–22. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ailə modeli və nəsil artımı ilə bağlı tarixi demoqrafik baxışları. Tarix və onun problemləri, 2021, № 2, s.257–261. Nizami Gəncəvinin əsərlərində ətraf mühit, təbii-coğrafi amillər və məskunlaşma problemləri. İpək yolu, No.2, 2021, s.5–12. Azərbaycan 60–70-ci illər tarixşünaslığında tarixi demoqrafiya məsələləri. Tarix və onun problemləri, 2021, № 3, s.212–217. "Kitabi-Dədə Qorqud" eposunda Azərbaycan xalqının əhali artımı ilə bağlı tarixi-demoqrafik baxışları. Dədə Qorqud dünyası elmi-nəzəri jurnal, № 1 (3), 2021, s.71–80. XX əsrin ikinci yarısı Azərbaycan və Rusiya tarixçilərinin ibtidai cəmiyyətdə məskunlaşma və ona təsir edən amillərlə bağlı tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Tarix və onun problemləri, 2021, № 4, s.254–262. XX əsrin ikinci yarısı Azərbaycan tarixçilərinin orta əsrlər dövrünə dair tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Dünya azərbaycanlıları: tarix və müasirlik (elmi-nəzəri toplu), VIII buraxılış, Bakı, "Füyuzat", 2021, 160 s, s.91–99. XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində Azərbaycan tarixçilərinin 1918-ci ilin mart soyqırımları ilə bağlı tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Tarix və onun problemləri, 2022, № 1, s.52–61. XX əsrin ikinci yarısı – XXI əsrin əvvəlləri Azərbaycan və Rusiya tarixçilərinin orta əsrlər dövrünə dair tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Tarix, insan və cəmiyyət, 1 (34), 2022, s.21–32. “Kitabi-Dədə Qorqud” eposunda doğum və ölümlə bağlı tarixi demoqrafiya məsələlər. Dədə Qorqud dünyası elmi-nəzəri jurnal, № 1, 2022, s.28-38.Dədə Qorqud dünyası elmi-nəzəri jurnal, № 1, 2022 Azərbaycan xalçalarındakı naxışlarda tarixi demoqrafiya elementləri. Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası), № 1, 2022, s.73–84. XX əsrin ikinci yarısı Azərbaycan tarixşünaslığında ibtidai dövrdə Qarabağda məskunlaşma ilə bağlı tarixi demoqrafiya məsələləri. Tarix və onun problemləri, 2022, № 2, s.249–254. XX əsrin ikinci yarısı – XXI əsrin əvvəlləri Vətən tarixşünaslığında Azərbaycanın orta əsr şəhərlərinə dair tədqiqat əsərlərində tarixi demoqrafiya məsələləri. Tarix, insan və cəmiyyət, 2 (35), 2022, s.11-20.