Napster — dünyada ilk mp3 mübadiləsi saytı və şəbəkəsi. Musiqiləri peer-to-peer (P2P) kodlaşmış dildə paylaşan şirkət sonradan fəaliyyətini dayandırmışdır. Şirkətin işinin dayandırmasında musiqilərin müəllif hüquqları məsələlərində çətinliklər yaşaması, tez-tez məhkəmələrdə iştirak etməsi səbəb oldu. Xidmət məhkəmənin qərarı ilə bağlansa da, Napster nəzarət edilməsi çox çətin olan mərkəzləşməmiş "tay-tuşlar" şəbəkələrinin yaranmasına səbəb oldu.

Yardıcıları Şirkət Şon Fenninq, Con Fenninq, Şon Parker tərəfindən qurulub. 1999–2001-ci illər aralığında dünyada böyük rəğbət qazanan Napsterdə insanlar musiqi paylaşımı edirdi. Məhkəmə qərarları nəticəsində bağlanan şirkət, sonradan başqa biznsmenlər tərəfindən alındı.

Napster xidməti enişli-yoxuşlu yollardan keçməsinə baxmayaraq 80 milyon istifadəçi toplayıb.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər Napster, Inc. Website Музыка для всех, даром // TJournal

Kateqoriya:Fayl mübadiləsi şəbəkələri Kateqoriya:1999-cu ildə yaranan saytlar